• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC-nin sədri B.Rzayev Mingəçevir şəhərində Mərkəzi Aran regionunun icra strukturlarının, rayon və şəhər elektrik təchizatı idarələrinin rəhbərlərilə görüş keçirib

Paylaşma tarixi: 27 may 2015


Görüşdə son aylar enerji sisteminin təchizatı ilə bağlı Mingəçevir və Naftalan şəhərləri, eləcə də Tərtər, Bərdə, Yevlax, Goranboy, Ucar, Ağsu, Göyçay, Ağdaş  rayonlarında görülən irimiqyaslı işlər müzakirə edilib.

Görüş iştirakçıları əvvəlcə Mingəçevir şəhərinin mərkəzində  Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər, abidəsi önünə əklil və gül dəstələri qoyublarGörüşü açan Mingəçevir SİH –nin başçısı Niyazi Bayramov keçiriən görüşün əhəmiyyətindən və son aylar enerji sisteminin təchizatı ilə baglı Azərbaycanın regionlarında, eləcə də Mingəçevir şəhəri və Mərkəzi Aran rayonlarında görülən iri miqyaslı işlərdən danışıb.

 “Azərişıq” ASC-nin sədri Baba Rzayev bildirdi ki, Prezident İlham Əliyevin imzaladığı Şərəncamdan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi məqsədilə Cəmiyyət tərəfindən geniş miqyaslı tədbirlər həyata keçirilir. Cəmiyyətin Sədri qeyd edib ki, mövcud vəziyyətin monitorinqi aparıldıqdan sonra “Azərişıq” ASC tərəfindən ilkin olaraq reabilitasiya planı hazırlanaraq həyata keçirilməsinə başlanılıb.“Azərişıq”ASC tərəfindən Bakı, Şimal, Qərb, Cənub, Aran, Mərkəzi-Aran və Şimal-Qərb regional idarələr yaradılıb. Reabilitasiya proqramına əsasən I mərhələdə regionlarda istehlakçıların fasiləsiz enerjiyə daha çox təlabatı olan region, şəhər, kənd və qəsəbələrdə 600 ədəd 10 kV-luq komplekt transformator məntəqələrinin quraşdırılmasına başlanılıb. Adından göründüyü kimi reabiliyasiya planı ilkin mərhələ üçün təxirəsalınmaz tədbirlər görülməsini əhatə edir. Əsas görüləcək işlər regionların elektrik enerjisi ilə təchizatı işində əsaslı dönüşü nəzərdə tutan perspektiv inkişaf proqramı çərçivəsində həyata keçiriləcək.Təhvil alınan elektrik təchizatı şəbəkələri demək olar ki,yenidən qurulacaq və Bakı şəhərində olduğu kimi regionlarda da elektrik şəbəkələrinin yeni,müasir infrastrukturları yaradılacaq. Cəmiyyətin Sədri ölkənin enerji infrastrukturunun yenilənməsi ilə bağlı Azərbaycan hökuməti ilə  Asiya İnkişaf Bankı arasında coxtranşlı kreditin ayrılmasına dair niyyət protokolu imzalandığını və  yenidənqurma işlərinin isə Səhmdar Cəmiyyətinin daxili vəsaitləri hesabına aparıldığını da ğörüş iştirakçılarının diqqətinə çatdırdı.

Sonra Cəmiyyətin Texnoloji İnformasiya İdarəsinin rəisi Qalib Həmidov “Azərişıq” ASC nin Mərkəzi Aran regionu üzrə mövcud vəziyyətin təhlili və görüləcək işlər barədə təqdimatla çıxış etdi. Elektrik ötürücü xətlərinin istismar vəziyyəti, elektrik enerjisi istehsalı və yığımı,şəbəkənin ticari və texniki itkiləri,sayğaclaşmanın vəziyyəti, elektron ödəmələrin tətbiqi və elektron xidmətlərə qoşulma haqqında geniş məlumat verdi. Təqdimatda bildirildi ki, İnkişaf Planına uygun olaraq artıq ölkənin Mərkəzi Aran regionuna 91 ədəd yeni KTM göndərilib, 74 ədədi quraşdırılıb və 22 ədədi artıq şəbəkəyə qoşulub. Qısa müddət ərzində 817 ədəd taxta dayaqlar yeni dəmir dayaqlarla əvəzlənib, 19,3 km uzunluğunda 0,4 kVt-luq yeni elektrik veriliş xətləri şəkilib. “Asan xidmət”lə inteqrasiya sahəsində də intensiv işlərin görüldüyü diqqətə çatdırıldı.

Mərkəzi Aran regionun icra strukturlarının rəhbərləri müşavirədə çıxış edərək keçirilən bu cür görüşlərin dəyərli olduğunu söylədilər. Hər bir iştirakçı təmsil etdiyi rayonun mövcud problemləri  və görülən işlərdən danışdı. Qeyd olundu ki, “Azərişıq” ASC tərəfindən aparılan reablitasiya tədbirləri əhalinin enerji təchizatında çox böyük dəyişiliklər yaradıb. Bu da son nəticədə sakinlərin  etibarlı və keyfiyyətli enerji təminatına müsbət təsir göstərib.

Görüşdə müvafiq qurumlar qarşısında duran vəzifələrdən danışıldı, ətraflı fikir mübadiləsi aparıldı və səmərəli təkliflər səsləndi. 

Görüşdən sonra “Azərişıq” ASC-nin sədri B.Rzayev I Avropa Oyunlarına hazırlıqla əlaqədar Mingəçevir şəhərində Üzgüçülük və Turizm infrastrukturlarının elektrik enerjisi ilə təchizatı və  xidmət göstərəcək mühəndis və personalın hazırlığı vəziyyəti ilə tanış olub.