• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC-nin sədri Mingəçevirdə Mərkəzi Aran regionunun icra strukturlarının və rayon elektrik təchizatı idarələrinin rəhbərləri ilə görüş keçirib

Paylaşma tarixi: 26 may 2015


 "Azərişıq" ASC-nin Mətbuat Xidmətinin Məlumatı


“Azərişıq” ASC-nin sədri Baba Rzayev Mingəçevir şəhərində Mərkəzi Aran regionunun icra strukturlarının və rayon elektrik təchizatı idarələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirib.

 Görüş iştirakçıları əvvəlcə Mingəcevir şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etdilər, abidəsi önünə əklil və gül dəstələri qoydular.

Görüşdə son aylar enerji sisteminin təchizatı ilə bağlı Mingəçevir və Naftalan şəhərləri, eləcə də Mərkəzi Aran (Tərtər, Bərdə, Yevlax, Goranboy, Ucar, Ağsu, Göyçay, Ağdaş) rayonlarında görülən irimiqyaslı işlər müzakirə edilir.

Görüşün yekununda "Azərişıq" ASC-nin Mətbuat Xidməti tərəfindən ətraflı məlumat veriləcək.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin adı dəyişdirilərək "Azərişıq" ASC yaradılıb.

"Azərişıq" ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.