• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Bakıelektrikşəbəkə ASC Mətbuat Xidmətinin Məlumatı

Paylaşma tarixi: 21 yanvar 2014


“Bakıelektrikşəbəkə” ASC abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmaları istiqamətində yenidənqurma işlərini davam etdirir.  Şəbəkələrdə cari və əsaslı təmir işləri müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Elektrik avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması və aşkar edilmiş nasazlıqların aradan qaldırılması, mexanizmlərin saz vəziyyətə gətirilməsi, mal-materialların, avadanlıqların ehtiyatının yaradılması və sairə kimi tədbirlər  yerinə yetirilməkdədir. “Bakıelektrikşəbəkə” ASC sistemində “199 Qəza Xidməti” və “Qaynar Xətt” fəaliyyət göstərir ki, bu xidmətlər vasitəsilə istehlakçılar 24 saat ərzində onları maraqlandıran suallara cavab ala bilir, enerji təchizatı ilə bağlı texniki məsələlərin operativ həllinin şahidi olurlar.

Görülən işlər nəticəsində şəbəkənin  gücü günü-gündən artırılır, yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür. Buna baxmayaraq bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtlı - vaxtında ödəmirlər.

“Bakıelektrikşəbəkə” ASC -nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı  24 yanvar 2014-cü il tarixində, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.

Yuxarıda qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin  elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandıracaqdır.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun  məsuliyyətə cəlb olunmaları üçün “Bakıelektrikşəbəkə” ASC tərəfindən çox ciddi tədbirlər görüləcəkdir. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, “Bakıelektrikşəbəkə” ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.azerishiq.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilə bilər.