• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Yeni Transformator Məntəqələri tikilib

Paylaşma tarixi: 27 yanvar 2014


“Bakıelektrikşəbəkə” ASC abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmaları məqsədilə  aparılan yenidənqurma, təmir-bərpa işlərini davam etdirir. 2013 –cü il ərzində paytaxtın rayonları üzrə 55 ədəd Transformator Məntəqəsində (TM) tikinti, təmir-bərpa və yenidənqurma işləri həyata keçirilmişdir. Bunlardan 13 ədədi Binəqədi, 7 ədədi Nərimanov, 3 ədədi Nizami, 4 ədədi Sabunçu, 3 ədədi Səbail, 1 ədədi Qaradağ, 9 ədədi Yasamal, 2 ədədi Xəzər, 2 ədədi Suraxanı, 5 ədədi Nəsimi və 6 ədədi Xətai rayonunun payına düşür. Ümumilikdə 8 ədəd yeni TM tikilmiş, 47 ədəd TM-də isə əsaslı təmir, yenidənqurma işləri aparılmışdır.

Xarici görünüşü şəhərin arxitekturasına uyğunlaşdırılan TM-lərdə istismar müddəti başa çatmış avadanlıqlar yenilənmiş, transformatorlar daha güclülərilə əvəz olunmuşdur.

“Bakıelektrikşəbəkə” ASC bu istiqamətdə işlərini davam etdirir.