• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

«Bakıelektrikşəbəkə» ASC 2014-2015-ci illərin payız-qış mövsümünə hazırdır

Paylaşma tarixi: 19 noyabr 2014


 «Bakıelektrikşəbəkə» ASC 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini vaxtında başa çatdırıb.

 

Belə ki, Bakı şəhəri və onun ətraf kənd və qəsəbələrinin elektrik təchizatının dayanıqlılığını və etibarlılığını təmin edən 110 kV-luq dairəvi elektrik təchizatı sisteminə daxil olan 110/35/6 kV-luq 230 saylı, 110/35/6 kV-luq  «BMKZ», 110/35/6 kV-luq 227 saylı, 110/35/10 kV-luq «Liman», 110/35/6 kV-luq «İçərişəhər», 110/35/6 kV-luq «Bayıl», 110/35/6/10 kV-luq «Badamdar» yaırmstansiyalarında və bu stansiyalar arasında olan 110 kV-luq kabel xətlərinin kanallarında təftiş işləri aparılmışdır. Ümumiyyətlə, 12 ədəd 110 kV-luq, 72 ədəd 20 və 35 kV-luq yarımstansiyalarda elektrik avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması və müəyyən edilmiş nasazlıqların aradan qaldırılması, rele mühafizə və avtomatika vasitələrinin, nəzarət-ölçü cihazlarının  profilaktik yoxlanılması, metal konstruksiyaların təmiri və rənglənməsi işləri yerinə yetirilmişdir. 98 km 110 kV-luq, 230 km 35 kV-luq hava xətlərində təmir və profilaktika işləri aparılaraq, xətlərdəki ilgəclər, dayaqlardakı bolt birləşmələri yoxlanılmışdır.

 

7 ədəd 110 kV-luq yarımstansiyada( «Yasamal-1», «Yasamal-2», «Bayıl», «Dağlıq», «Dərnəgül-1», 227 və  «Xoca Həsən») transformatorların yük altında təmizləyici qurğuları təftiş olunmuş və müvafiq vəziyyətə gətirilmişdir. 110/35/10 kV-luq «Günəşli», «Bakıxanov», «Dağlıq», «Dərnəgül-2», «Radiozavod» yarımstansiyalarında transformatorların soyutma sistemləri təmir olunmuş, bu işlər 32 ədəd  35 kV-luq yarımstansiyalarda da aparılmışdır.

 

Qaradağ rayonunda 35/6 kV-luq 501 saylı yarımstansiyada 5,6 və 3,2 mVA gücündə transformatorlar müvafiq olaraq 10 və 6,3 mVA, 110/35/6 kV-luq «Səngəçal-1» yarımstansiyasında 2 saylı 10 mVA  gücündə transformator 20 mVA , 35/6 kV-luq 90 saylı yarımstansiyada 10 mVA gücündə transformator 16mVA gücündə transformatorlarla əvəz olunmuşdur. 110/35/6 kV-luq  «Səngəçal-1» və 10/35/6 kV-luq «YBNZ» yarımstansiyalarında cari təmir işləri yerinə yetirilmişdir.

 

110 kV-luq yarımtsansiyalarda 5, 35 və 20 kV-luq yarımstansiyalarda isə 19 ədəd qapı, ümumilikdə 650 kv dam örtüyü təmir olunmuş, avadanlıqlarda 800-ə yaxın kontakt birləşmələri yoxlanılmış, 110 kV-luq 12 yarımstansiyada ildırımötürücülər təftiş olunmuş, 110 kV-luq «Səngəçal», «Xoca Həsən», «Xırdalan»203, «Buta», «Lökbatan», «Şıx», «Hövsan» yarımstansiyalarında, «Hava limanı» xətlərində ildırımdan mühafizə troslarına baxış keçirilmişdir.

 

110 kV-luq 20, 35 kV-luq 79 yarımstansiyada yağış sularının axıdılması sistemləri və kabel kanalları təmizlənmiş, 35/6 kV-luq 503 və 532 saylı yarımstansiyalarda drenaj sistemi quraşdırılmış, 110 kV-luq 8 yarımtsansiyada isitmə sistemləri, 110 kV-luq 17, 35 kV-luq 31 yarımstansiyada akkumlyatorların və otaqların havalandırma sistemləri təftiş olunmuş, 110 kV-luq 23, 35 kV-luq 71 yarımstansiyada yonğınsöndürən lövhələr komplektləşdirilmiş, istismar müddəti bitmiş yanğınsöndürən balonlar yenisi ilə əvəz edilmişdir.

 

Payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində Qaradağ  rayonunda 110 kV-luq «Səngəçal-1», DÖZ, «Qaradağ», 35 kV-luq 501, 503, 504, 519 və 532 , Səbail rayonunda 108, Nəsimi rayonunda  «Sahil», 97,220, Binəqədi rayonunda 110 kV-luq «Dərnəgül-2», «ETK-4», 35 kV-luq 89,91, 98, Xətai rayonunda 35 kV-luq 206,226, 202, 216, Suraxanı rayonunda 110 kV-luq «Günəşli», 35 kV-luq 362, 365, 380,366, Sabunçu rayonunda 20 kV-luq 14,34,48,22,492,493, 494, 491,499, Xəzər rayonunda 407,408,455,454, Yasamal rayonunda 12 saylı yarımstansiyalarda 500 ədədə yaxın elektrik avadanlığı(trasformator,açar, ayırıcı, boşaldıcı, ölçü transformatorları və s.) cari təmir, profilaktika və sınaq işləri aparılmışdır. 110kV-luq 4, 35 kV-luq 22 yarımstansiyada kontur torpaqlamanın müqaviməti ölçülmüşdür.

 

Mövsümlə əlaqədar 10,6 və 0,4 kV-luq şəbəkələrdə də işlər görülmüşdür.

 

Nərimanov rayonunda 406,708, Binəqədi rayonunda 304, Nəsimi rayonunda 432,434,380, Xəzər rayonunda 320,278, Suraxanı rayonunda  1685, Nizami rayonunda 32,62, Sabunçu rayonunda 163 saylı transformatorlar əsaslı təmir olunmuşdur. Əhalinin elektrik   təchizatının yaxşılaşdırılması, qış aylarında elektrik enerjisinə artan tələbatını ödəmək məqsədilə şəhərin müxtəlif yerlərində 40 ədəd komplekt transformator məntəqələri quraşdırılmışdır.

 

 25 km 6-10 kV-luq, 12 km 0,4 kV-luq kabel xətləri təmir olunmuş, 31 km 6-10 kV-luq, 10 km 0,4 kV-luq yeni kabel xətləri çəkilmiş, 90 km-ə yaxın 6-10 kV-luq hava xətlərində təftiş və təmir işləri aparılmış, xətlərə toxunan ağaclar kəsilmişdir.

 

601 ədəd TM və KTM-də təftiş və cari təmir işləri həyata keçirilmiş, Səbail rayonunda 1572, 659,610, Yasamal rayonunda 206,472, Xəzər rayonunda 337,116, Nizami rayonunda 62, Sabunçu rayonunda 163 saylı  transformator  məntəqələrində transformatorlar daha güclüsü ilə əvəz edilmişdir.

 

Transformator məntəqələrində 58 ədəd qapı təmir olunaraq rənglənmiş, 2500 kvadratmetrə yaxın dam örtüyü təmir olunmuş, 198 transformator məntəqəsində işıqlandırma sistemi bərpa olunmuş, 400-ə yaxın transformator məntəqəsində navalçalar təmir olunmuş və təmizlənmişdir.

 

Payız-qış mövsümündə yüklərin artması ilə əlaqədar mindən çox 0,4 kV-luq xəttdə yüklər fazalar arasında simmetrik bölünmüş, yaşayış binalarında 282 ədəd 0,4 kV-luq elektrik lövhəsi təmir olunmuş, 52 ədəd yenisi quraşdırılmış, transformator məntəqələrində 0,4 kV-luq 30 ədəd elektrik lövhəsi yenisi ilə əvəz olunmuş, 76 ədəd 0,4 kV-luq ayırıcı, 2200 ədəd 0,4 kV-luq qoruyucu quraşdırılmışdır.

 

Özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət 0,4 kV-luq hava xətlərinin 128 km hissəsi təmir olunmuş, 1500 ədəd dayaq rənglənmiş, 129 bina və qurğuda yanğına qarşı tədbirlər görülmüş, yanğınsöndürmə vasitələri ilə təmin olunmuşdur.

 

Transformatorların təmiri sexində 10/0,4   və  6/0,4 kV-luq müxtəlif gücdə 9 ədəd transformator əsaslı, 42 ədəd transformator cari təmir olunmuşdur.

 

Ümumiyyətlə, görülən bütün işlər, həyata keçirilən texniki tədbirlər qəza açılmalarının sayını minimuma endirməyə, əhalinin elektrik təchizatında fasiləsizliyin, eləcə də şəbəkələrin dayanıqlı iş rejiminin təmin edilməsinə imkan yaratmışdır.