• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

SMS Smart sayğaclar haqda

Paylaşma tarixi: 03 mart 2014


Müasir və qabaqcıl  texnologiyaya əsaslanan elektron-rəqəmsal elektrik enerjisinin uçotu avadanlıqlarının ən son nailiyyətlərindən biri də SMS Smart sayğaclardır. Bir neçə il öncə Avropanın bəzi inkişaf etmiş dövlətlərində tətbiq edilən bu tip elektrik enerjisi sayğaclarının regionda və ümumilikdə MDB məkanında ilk olaraq, ölkəmizdə  istismarına  başlanılmışdır.

 

Müasir və qabaqcıl  texnologiyaya əsaslanan elektron-rəqəmsal elektrik enerjisinin uçotu avadanlıqlarının ən son nailiyyətlərindən biri də SMS Smart sayğaclardır. Bir neçə il öncə Avropanın bəzi inkişaf etmiş dövlətlərində tətbiq edilən bu tip elektrik enerjisi sayğaclarının regionda və ümumilikdə MDB məkanında ilk olaraq, ölkəmizdə  istismarına  başlanılmışdır. Böyük Britaniya istehsalı olan bu tip sayğaclar yüksək dəqiqliyə malik, çox əməliyyat sistemilə təchiz olunmuş, sektorunda ilk olaraq, daxili (internal) GSM modemlə təmin edilmiş elektrik enerjisinin uçotu cihazıdır. Sayğaclar 2 funksional rejimdə: öncədən və sonradan (prepayment/postpayment) ödəmə rejimlərində istismar edilə bilər. Hal-hazırda, paytaxtın bir çox rayonlarında quraşdırılmış  SMS Smart sayğaclar öncədən ödəmə rejiminə nizamlanmış və bu səbəbdən də sayğaclarda əlavə olaraq ilkin quraşdırma krediti nəzərdə tutulmuşdur.

SMS Smart Sayğacların üstünlükləri:

-         Borc yaranma ehtimalının aradan qaldırılması (ehiyat kredit məbləği xaricində);

-         Sayğac -Abonent hesablaşmasının  tam şəffaf lığı;

-         Nəzarət və istismar mərhələsində insan faktorunun minimuma endirilməsi;

-         Hesabat-Sərfiyyat nəzarətinin bilavasitə Abonent tərəfindən aparılma imkanı

-         Xüsusiləşdirilmiş funksional özəlliklərin movcudluğu (proqram təminatı ilə bağlı: cərəyanın məhdudlaşdırılması, gərginlik fasilələrinin qeydə alınması və s.);

-          On-line yoxlama və nəzarət imkanları;

-         On-line ödəniş imkanları;

-         Heç bir əlavə ödəniş-yükləmə kartına ehtiyacın olmaması.

SMS Sayğac quraşdırılmış ünvanlarda ödəniş qaydası dəyişməz olaraq qalır. Bu o deməkdir ki, sayğacın balansına müvafiq məbləğin yüklənməsi üçün sadəcə olaraq, dəyişməz qalan abonent koduna ödəniş həyata keçirilir.

SMS Smart sayğacların əsas xüsusiyyətləri aşağıdakı kimidir:

-         Yüksək funksionallıq;

-         GSM idarəetmə kanalı;

-         Balans dəyərinin ikili hesabatı (pul və sərfiyyat);

-         Ödənişin yaddaşda saxlanması;

-         Qısaqapanma və ifrat yüklər əleyhinə sığorta;

-         Periodik sərfiyyat/məbləğ uçotunun aparılması;

-         Ehtiyat kredit (məbləğ) imkanı;

-         Sərfiyyat/ödəniş cəminin yaddaşda saxlanması;

-         Borc və kreditə nəzarət sistemi;

-         Çoxtarifli hesabat sisteminin mövcudluğu;

-         İstənilən növ müdaxilənin qeydə alınması və sms şəklində xəbərdarlıq göndərilməsi;

-         Abonentlərə ödənişləri, balans və balansın kritik həddi barədə sms-məlumatın çatdırılması və s.

SMS Smart sayğaclar iki növ kreditlə təmin edilmişdir:

  1. Quraşdırma krediti. Bu kreditin məbləği 10 Azn  həddində təyin edilir və quraşdırma sonrası dərhal istifadə üçün nəzərdə tutulur, yalnız ilkin quraşdırma zamanı tətbiq edilir. Sayğac quraşdırıldıqdan sonra həyata keçirilən ödəniş zamanı Quraşdırma Krediti məbləği (10 Azn) borc olaraq, ödəniş məbləğindən tutulur.
  2. Ehtiyat kredit. İstisna hallar xaricində, SMS sayğacların balansı tükəndikdə və ya balans məbləği 1 Azn-dən az olduqda, Ehtiyat Kredit məbləğindən istifadə etmək mümkündür. Bu məbləğ sayğacın növündən asılı olaraq  3, 5 və 10 Azn həddində təyin edilir. Ehtiyat Krediti faizsiz verilir və istifadə olunduqdan  sonra ödəniş zamanı ödənilən məbləğdən tutulur. Bu kredit növündən ödəniş edilənədək yalnız 1 dəfə yararlanmaq mümkündür.

SMS Smart sayğaclardan istifədə qaydaları.

       SMS Sayğaclar quraşdırıldıqdan sonra, avtomatik olaraq, çıxarılan köhnə sayğacın göstəricisi oxunur və sayğac bazasında ödəniləcək borc məbləği kimi qeyd edilir. 10 Azn quraşdırma kredit məbləği də borc məbləğinə əlavə edilir. Nümunə: çıxarılan sayğac göstəricisi 100 kvt saat (6Azn), 10 Azn quraşdırma krediti olan halda, borc məbləği 16 Azn təşkil edəcəkdir. Bu halda, SMS Sayğacın balansını artırmaq üçün 16 AZN-dən artıq ödəniş edilməlidir. Misal üçün: nümunə variantına uyğun olaraq, 18 Azn ödəniş məbləğindən sayğaca göndərilən məbləğ 2 AZN təşkil edəcəkdir.

SMS Sayğacların displeyində əks etdirilən bütün məlumatların təyinatı  sayğacın üz qapağındakı izahlı yazılarla  müşaiət olunur. Balans, Silinəcək borc, Son ödəniş Məbləği, Yükləmə limiti, İşə Salma göstəricisi, Qalıq Borc, Həftəlik borc və Dəyər/Sərfiyyat göstəriciləri qeyd edilməklə yanaşı  göy və narıncı əməliyyat düymələrinin təyinatları da orada əks etdirilmişdir.

Göy düymə  vasitəsilə sayğacın yaddaşındakı parametrləri ardıcıl olaraq izləmək mümkündür və hər ödənişdən sonra bu düymə 1 dəfə sıxılmalıdır.

Narıncı düymənin köməyilə isə sayğacdan ehtiyat krediti almaq mümkündür. Bunun üçün düyməni qısamüddətli sıxmaq kifayətdir (balans 1 AZN-dən az olduqda və ya tam tükəndiyi zaman).

 

Bu növ qabaqcıl texnologiyaların ölkəmizdə tətbiq edilməsi, digər sahələrdə də sürətli inkişafa bilavasitə səbəb olmaqdadır.  Buna misal olaraq, idarəetmənin maksimum avtomatlaşdırılmasını, proqram təminatlarının daha müasir və daha çevik versiyalarla əvəz edilməsini, ödəniş növlərinin və terminallarının sayının artırılmasını və s. göstərmək olar.

Hal-hazırda, Bakı şəhərinin bir çox rayonlarında müasir SMS Smart tipli elektrik enerjisi sayğaclarının quraşdırılması müvəffəqiyyətlə davam etdirilir.