• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

20 OKTYABR ENERGETİKLƏRİN PEŞƏ BAYRAMI GÜNÜDÜR.

Paylaşma tarixi: 20 oktyabr 2014


«Bakıelektrikşəbəkə» ASC-nin əməkdaşlarına!


 

 

 Hörmətli «Bakıelektrikşəbəkə» ailəsi,


 

Ölkə iqtisadiyyatının inkişafında müstəsna xidmətləri olan Azərbaycan energetiklərinin peşə bayramı münasibəti ilə Səhmdar Cəmiyyətin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir, energetika sahəsində aparılan islahatların həyata keçirilməsindəki səmərəli və məsuliyyətli fəaliyyətinizdə uğurlar diləyirəm.


 

Ulu öndərimiz, Ümummillli Lider Heydər Əliyevin energetika sahəsindəki uzaqgörən strategiyasının uğurla davam etdirən Azərbayjan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin daimi diqqəti və yorulmaz fəaliyyəti sayəsində ölkəmizin elektroenergetika sistemi, xüsusən də onun aparıcı hissəsi sayılan Bakı şəhərinin paylayıcı şəbəkələri daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulur.


 

Aparılan islahatların uğurlu nəticəsidir ki, bu gün Azərbaycan nəinki elektrik enerjisinə olan ölkədaxili tələbatını ödəyir, hətta regionda etibarlı elektrik enerjisi ixracatçısına çevrilmişdir. Əldə olunan bu uğurlarda böyük tarixi olan və bu günlərdə 85 illiyi qeyd edilən «Bakıelektrikşəbəkə» ASC kollektivinin çox önəmli xidmətləri vardır.


 

Əziz əməkdaşlar!


 

Energetiklərin peşə bayramı münasibəti ilə hamınızı bir daha ürəkdən təbrik edir, energetika sahəsində aparılan islahatların uğurla yerinə yetirilməsində, habelə nur paylamaq kimi şərəfli işinizdə daha böyük müvəffəqiyyətlər, ailənizə xoşbəxtlik və can sağlığı arzulayıram.


 

Hörmətlə,


 

B.Rzayev


«Bakıelektrikşəbəkə»ASC

İdarə Heyətinin Sədri