• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

"Bakıelektrikşəbəkə" ASC-nin kollektivinə!

Paylaşma tarixi: 24 aprel 2014


28 aprel – “Ümumdünya Əməyin Mühafizəsi Günü” münasibəti ilə «Bakıelektrkşəbəkə» ASC-nin hər bir üzvünə sağlam və təhlükəsiz əmək şəraitində işləmələrini arzulayıram.

 

Hər il  dövlət səviyyəsində qeyd olunan 28 aprel – “Ümümdünya Əməyin Mühafizəsi Günü” aktuallığına görə müvafiq süarlar altında keçirilir ki, bu ilin çağırışı  «İş yerlərində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik tələbləri» adlanır.

«Ümumdünya Əməyin Mühafizəsi Günü» münasibəti ilə keçirilən tədbirlərin əsas məqsədi is yerlərində bədbəxt hadisələrin və sağlamlıq vəziyyətinin pisləşməsinin qarşısının alınması, əmək mühafizəsi mədəniyyətinin yaradılması və inkişafının təmin edilməsidir.  

28 aprel – “Ümumdünya Əməyin Mühafizəsi Günü” münasibəti ilə «Bakıelektrkşəbəkə» ASC-nin hər bir üzvünə sağlam və təhlükəsiz əmək şəraitində işləmələrini arzulayır, inkişaf və investisiya proqramına uyğun olaraq elektrik şəbəkələrində aparılan irimiqyaslı tikinti və yenidənqurma işlərinin təhlükəsiz həyata keçirilməsində müvəffəqiyyətlər diləyirəm.

 

Hörmətlə,

 B. Rzayev

«Bakıelektrikşəbəkə» ASC

İdarə Heyətinin Sədri