• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

20 OKTYABR ENERGETİKLƏRİN PEŞƏ BAYRAMI GÜNÜDÜR. NURLU PEŞƏ SAHİBLƏRİ

Paylaşma tarixi: 17 oktyabr 2014


Bütün sahələrdə olduğu kimi, elektroenergetika sahəsində də ulu öndərin müəyyən etdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təşəbbüsü, rəhbərliyi, diqqət və qayğısı ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası üzrə mükəmməl proqramların işlənib hazırlanması və  müvəffəqiyyətlə icra edilməsi nəticəsində ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada ön sıralara yüksəlmişdir.


 

Dövlət başçısının bu mühüm sahənin insanlarının əməyini yüksək dövlət  mükafatları, fəxri adlarla dəyərləndirməsi də diqqət və qayğının daha bir parlaq nümunəsidir.


 

10 il əvvəl, 2004-cü il 13 oktyabrında Prezident verdiyi  xüsusi Sərəncamla 20 oktyabrı ölkəmizdə Energetiklərin peşə bayramı günü kimi təsis etdi. Niyə məhz oktyabrın 20-si? Çünki ”Azərbaycan” İES-nin birinci enerji bloku 1981-ci il oktyabrın 20-də ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. İndi hər ilin 20 oktyabrını ölkənin bütün energetikləri öz peşə bayramları günü kimi qeyd edirlər.


 

Bakı şəhərinin və onun  qəsəbə və kəndlərinin elektrik enerjisi ilə keyfiyyətlə və fasiləsiz təminatı işini uğurla həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin kollektivi də  20 oktyabrı  əldə etdikləri  nailiyyətlərlə qarşılayır.


 

Uğurları saymaqla bitirmək mümkün deyil. Gələcək möhtəşəm planlar da kifayət qədər çoxdur və onların həyata keçirilməsi üçün qüvvələr indidən səfərbərdir.


 

Cəmiyyətin rəhbərliyi ürəkaçan nailiyyətlərin qazanılmasında əməyi olan energetikləri hər zaman fərqləndirir, onları fəxri fərmanlar, qiymətli hədiyyələrlə mükafatlandırır.

 

 

Evlərimizə, ocaqlarımıza, yaşadığımız şəhərin, kənd və qəsəbələrin küçə və meydanlarına, park və xiyabanlarına işıq, nur, hərarət bəxş edən müqəddəs peşə sahibləri. Onlar sizsiniz, əziz energetiklər.  Bu gün həyatımızı enejisiz təsəvvür etmək mümkün deyil. Su, çörək qədər vacibdir, gərəklidir o. Deməli, müqəddəsdir  peşəniz.