• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“ASAN Xidmət” vasitəsi ilə “Bakıelektrikşəbəkə” ASC-nin göstərdiyi xidmətlər

Paylaşma tarixi: 08 sentyabr 2014


“Bakıelektrikşəbəkə” ASC şəffaflığın və operativliyin təmin edilməsi üçün, əhaliyə bir sıra xidmətlərin verilməsini “ASAN Xidmət” vasitəsi ilə həyata keçirdir.


 

Müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumlarının ,müəssisə və təşkilatların fəaliyyətləri ilə bağlı informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində ölkəmizdə son illərdə əhəmiyyətli işlər görülmüş və əksər müəssisə və təşkilatlarda əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmiş və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ASAN Xidmət”  mərkəzləri yaradılmışdır.Bu qurumun fəaliyyətinin əsas istiqamətləri vətandaşların müraciətlərinə ən qısa vaxt müddətində baxılması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının aradan qaldırılması, müasir texnologiyaların tətbiqi və “bir pəncərə” prinsipi əsasında formalaşdırılmasıdır.


Fəaliyyətini beynəlxalq standartlara uyğun quran və əsas məqsədi vətəndaşlara nümunəvi xidmət göstərmək olan “Bakıelektrikşəbəkə” ASC tərəfindən şəffaflığın və operativliyin təmin edilməsi üçün, “ASAN Xidmət”vasitəsi ilə əhaliyə aşağıda göstərilmiş xidmətləri həyata keçirdir.


1)      Məişət abonentləriniin elektrik şəbəkəsinə qoşulması;

2)      Borcun olmamasına dair arayışın verilməsi;

3)      Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi;

4)      Abonent ödənişlərinin araşdırılması;

5)      Borcun araşdırılması;


Əhalimiz “ASAN Xidmət” mərkəzinə müraciət edərək göstərilən xidmətlərdən faydalana bilərlər.


 

Ünvan :  4 Saylı Asan Xidmət Mərkəzi

Bakıxanov qəsəbəsi,Sülh küc, 8A