• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC Bakı-2015 I Avropa Oyunlarının keçiriləcəyi obyektlərin elektrik enerjisilə təhcizatını ən yüksək səviyyədə təmin edəcəkdir

Paylaşma tarixi: 12 iyun 2015


       “Bakı-2015” I Avropa oyunlarının keçirilməsinə saylı günlər qaldıqca, hər  bir ötən gün qəlbimizdə  həyəcanlı və sevincli hisslər yaşadır. Azərbaycanımızın ilk dəfə olaraq belə bir mötəbər idman oyunlarına ev sahibliyi etməsi ölkəmizin dünya miqyasında artan nüfuzundan xəbər verir. 

     “Bakı-2015” I Avropa oyunlarının  müvəffəqiyyətlə keçirilməsi üçün   “Azərışıq” ASC bu işdə ciddi koordinasiya olunmuş, xeyli önəmli  və irimiqyaslı layihələr həyata keçirmişdir.  “Azərişıq” ASC-nin bu kimi fəaliyyəti digər qurumların fəaliyyəti ilə müqayisədə ən öncül sıralarda yer alır. Çünki, elektrik enerjisi təchizatı olmadan ən adi bir tədbirin keçirilməsi belə mümkünsüzdür. Ona görə də, “Azərişıq” ASC  qısa müddət ərzində 6 ədəd 110 kv-luq, 14 ədəd isə  35 kv-luq  yeni,  qapalı tipli,  müasir avadanlıqlarla təchiz edilmiş yarımstansiyalar inşa edib  istismara vermişdir. Olimpiya oyunlarının keçiriləcəyi obyektlərin  dayanıqlı  və etibarlı elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədi ilə obyektlərin bəsləyici xətləri  bir – birindən asılı olmayan müxtəlif mənbələrdən  əlaqələndirilmişdir. Hər bir yarımstansiyada  və  obyektləri qidalandıran Transformator Məntəqələrində istismar olunan avadanlıqlar  dünyanın  ən inkişaf etmiş ölkələrinin  texnologiyaları ilə təchiz edilmiş, avtomatika qurğuları,  yanğın əleyhinə təhlükəsizlik avadanlıqları və.s quraşdırılmışdır. Bundan əlavə Olimpiya obyektlərini qidalandıran bütün yarımstansiyalar Avtomatlaşdırılmış   Dispetçer Uzaqdan İdarəetmə sisteminə (SCADA) qoşulmuşdur.

        Bütün bu kimi texniki tədbirlərlə yanaşı, “Azərişıq” ASC-nin sədrinin sərəncamı ilə xüsusi Qərargah yaradılmış və hər bir qərargah üzvünün koordinasiya  yeri, hərəkət trayektoriyası müəyyənləşdirilmişdir. Bütün əlaqədar y/stansiyalara və Olimpiya obyektlərini qidalandıran TM- lərə operativ növbətçi heyyətlə bərabər inzibati texniki və rəhbər vəzifəli şəxslərdən ibarət   “Məsul növbətçi”lər də təhkim edilmişdir. Səyyar əməliyyat və təmir briqadaları yeni maşınlarla  təchiz edilmiş, Səhmdar Cəmiyyətin bütün maşın və mexanizmləri hazırlıq vəziyyətinə gətirilmişdir. Olimpiya obyektlərini qidalandıran yarımstansiyalarda və paylayıcı qurğularda mütəmadi olaraq, sınaq-profilaktika işləri, operativ əməliyyat personalı və mühəndis heyyətləri ilə əks-qəza məşqləri aparır, rejim xarakterli məsələlərdən irəli gələn bir neçə mərhələli variantlar təhlil edilərək treninqlər keçirilir. “Bakı-2015” I Avropa oyunlarının keçirilməsinə saylı günlər qaldıqca, hər  bir ötən gün qəlbimizdə  həyəcanlı və sevincli hisslər yaşadır. Azərbaycanımızın ilk dəfə olaraq belə bir mötəbər idman oyunlarına ev sahibliyi etməsi ölkəmizin dünya miqyasında artan nüfuzundan xəbər verir.  “Bakı-2015” I Avropa oyunlarının  müvəffəqiyyətlə keçirilməsi üçün   “Azərışıq” ASC bu işdə ciddi koordinasiya olunmuş, xeyli önəmli  və irimiqyaslı layihələr həyata keçirmişdir.  “Azərişıq” ASC-nin bu kimi fəaliyyəti digər qurumların fəaliyyəti ilə müqayisədə ən öncül sıralarda yer alır. Çünki, elektrik enerjisi təchizatı olmadan ən adi bir tədbirin keçirilməsi belə mümkünsüzdür. Ona görə də, “Azərişıq” ASC  qısa müddət ərzində 6 ədəd 110 kv-luq, 14 ədəd isə  35 kv-luq  yeni,  qapalı tipli,  müasir avadanlıqlarla təchiz edilmiş yarımstansiyalar inşa edib  istismara vermişdir. Olimpiya oyunlarının keçiriləcəyi obyektlərin fasiləsiz, dayanıqlı  və etibarlı elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədi ilə obyektlərin bəsləyici xətləri  bir – birindən asılı olmayan müxtəlif mənbələrdən  əlaqələndirilmişdir. Hər bir yarımstansiyada  və  obyektləri qidalandıran Transformator Məntəqələrində istismar olunan avadanlıqlar  dünyanın  ən inkişaf etmiş ölkələrinin  texnologiyaları ilə təchiz edilmiş, avtomatika qurğuları,  yanğın əleyhinə təhlükəsizlik avadanlıqları və.s quraşdırılmışdır. Bundan əlavə Olimpiya obyektlərini qidalandıran bütün y/stansiyalar Avtomatlaşdırılmış   Dispetçer Uzaqdan İdarəetmə sisteminə (SCADA) qoşulmuşdur.

        Bütün bu kimi texniki tədbirlərlə yanaşı, “Azərişıq” ASC-nin sədrinin sərəncamı ilə xüsusi Qərargah yaradılmış və hər bir qərargah üzvünün koordinasiya  yeri, hərəkət trayektoriyası müəyyənləşdirilmişdir. Bütün əlaqədar y/stansiyalara və Olimpiya obyektlərini qidalandıran TM- lərə operativ növbətçi heyyətlə bərabər inzibati texniki və rəhbər vəzifəli şəxslərdən ibarət   “Məsul növbətçi”lər də təhkim edilmişdir. Səyyar əməliyyat və təmir briqadaları yeni maşınlarla  təchiz edilmiş, Səhmdar Cəmiyyətin bütün maşın və mexanizmləri hazırlıq vəziyyətinə gətirilmişdir. Olimpiya obyektlərini qidalandıran y/stansiyalarda və paylayıcı qurğularda mütəmadi olaraq, sınaq-profilaktika işləri, operativ əməliyyat personalı və mühəndis heyyətləri ilə əks-qəza məşqləri apalır, rejim xarakterli məsələlərdən irəli gələn bir neçə mərhələli variantlar təhlil edilərək treninqlər keçirilir. Obyektlərin enerji təchizatı üzrə 24 saat növbətçilik sistemi təsdiq olunub, obyektlər maşın-mexanizmlər, əlavə avadanlıq və materiallarla təmin olunub.

  “Azərişıq” ASC, Olimpiya obyektlərinin enerji  təchizatı  ilə  yanaşı idmançıların və mediya nümayəndələrinin  yaşayış yerlərinin -Atletlər kəndinin, Media mərkəzinin o, cümlədən oyunlarla əlaqədar digər obyektlərin - mehmanxanaların, qonaq evlərinin, restoran və  əyləncə mərkəzlərinin, eləcədə ölkəmizə təşrif buyuran  bütün qonaqların, turistlərin mənalı istirahəti üçün  respublika ərazisində yerləşən tarixi- etnoqrafik muzey və abidələrin, o cümlədən ölkəmizin  bütün görməli və gəzməli yerlərinin də  enerji təchizatını tam nəzarətə götürmüşdür. 

     Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi “Azərişıq” ASC-nin hər bir əməkdaşının məsuliyyətini ikiqat artırmış və hər bir məsul şəxs  öz vəzifəsinin icrası ilə bağlı ciddi tapşırıqlar almışdır.