• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

"Azərişıq" ASC Respublikanın Qərb regionunda elektrik şəbəkələrinin mükəmməl şəkildə yenidən qurur

Paylaşma tarixi: 13 iyul 2015


           "Azərişıq" ASC yaradıldıqdan sonra bütün ölkə ərazisində elektrik enerjisinin təchizatı istiqamətində sürətli yenidənqurma işləri geniş vüsət alıb. Yeddi regional idarənin hər birində təxirəsalınmaz tədbirlər planı hazırlanaraq görüləcək işlərin konkret sahələri müəyyənləşdirilib.

           Bu yöndə Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin(RETSİ) struktur tərkibinə daxil olan elektrik şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı məqsədi ilə əsaslı və cari təmiri işlərinə start verilib. Qərb RETSİ-nin struktur tərkibinə daxil olan Gəncə, Göygöl, Samux, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa  elektrik şəbəkələrinin hər birini qısa müddətdə ən keyfiyyətli və müasir vəziyyətə gətirilməsi qarşıya məqsəd kimi qoyulub.

           “Azərişıq" ASC-nin      Mətbuat Xidmətindən verilən məlumata görə, Gəncə şəhərində 35/6 kV-luq "Nizami" yarımstansiyasının tikintisi və avadanlıqların quraşdırlması işləri sürətləndirilib. Gəncə şəhərində tikintisi aparılan 35 kV-luq yarımstansiya binasının  dizayn xüsusiyyətlərində yerli memarlığın bütün cəhətləri nəzarə alınıb. Həm qədim, həm də müasir binaların memarlıq incilərini özündə cəmləşdirən yeni binada ərazinin nəzarətdə saxlanılması üçün bütün texnoloji nəaliyyətlər tətbiq ediləcək. Bütün ekoloji standartlara uyğun olan yarımstansiyanın ətrafında da abadlıq işləri aparılır, floranın zənginləşməsi əsas şərt kimi nəzərdə saxlanılır. Yarımstansiyada 24 ədəd 35 kV-luq, 28 ədəd 6 kV-luq muasir tipli vakuum və elegaz açarlarla təchiz olunmuş kameralar,35\6 kV-luq hər birinin gücü 25 MVA olan iki ədəd transformatorun quraşdırılması nəzərdə tutulmuşdur.

           Qərb RETSİ xidməti ərazisinə daxil olan Gədəbəy rayonunda 110/35/10 kV-luq “Gədəbəy” yarımstansiyasının tikintisinin sürətli icrasına başlanılıb. Burda da ən yüksək texnoloji nailiyyətlərdən istifadə edərək avadanlıqların quraşdırılması nəzərdə tutulub. Daşkəsəndə isə 35/10kV-luq blok yarımstansiyanın quraşdırılmasına başlanılıb. Hazırda yarımstansiyanın təməli qoyulub və ərazi hasarlarla əhatələnib.

          Bunlardan başqa Qərb RETSİ üzrə qısa müddət ərzində 110 ədəd komplekt transfopmator məntəqəsi quraşdırılmış, onlardan 93 ədədi elektrik şəbəkəsinə qoşularaq istismara verilmişdir. Keyfiyyətin artırılması üçün kabel xətləri və könəlmiş dayaqlar yeniləri ilə əvəzlənib. Təmir işləri zamanı 10 və 0,4 kV-luq yeni dəmir-beton dayaqlar basdırılmış, istismar müddətini bitirmiş və təhlükəli vəziyyətdə olan ağac və sınıq-salxaq beton dayaqlar yeni dəmir və dəmir-beton dayaqlarla əvəz edilmişdir.

          Hazırda regionun hər bir şəhəri, qəsəbəsi və kəndinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi məqsədi ilə təbliğat-izahat və praktiki işlər aparılır.