• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə xidmət əhatəsini genişləndirir

Paylaşma tarixi: 12 avqust 2015


"Azərişıq" ASC-nin əsas vəzifəsi abonentlərimizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və onlara yüksək səviyyəli xidmət göstərməkdən ibarətdir. Bu istiqamətdə fasiləsiz olaraq irimiqyaslı işlər həyata keçirilməkdədir.

 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri ilə birgə fəaliyyətimizdən bir ildən artıq müddət ötmüşdür. İlk olaraq fəaliyyətimizi 4 saylı Bakı ASAN Xidmət mərkəzində, sonradan isə 1 və 2 saylı Bakı “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərməyə başladıq. Ötən müddət ərzində 9936 nəfər abonent müarciəti qəbul edilmiş və bu müraciətlər qısa müddətdə müsbət həll edilmişdir.

 

Müraciət edən abonentlərimizin keyfiyyətli və sürətli xidmətlərimizdən məmnunluğu, müraciətlərin çoxluğu nəzərə alınaraq göstərilən xidmətin əhatəsini daha da genişləndirmək məqsədi ilə 2015-ci ilin avqust ayından etibarən Sumqayıt, Sabirabad və 5 saylı Bakı “Asan Xidmət” mərkəzlərində fəaliyyətə başladıq.

 

Məqsədimiz abunəçilərimizə daha yaxın olmaq, vətandaşların müraciətlərinə ən qısa vaxt müddətində baxılması, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların tətbiqi və bütün əməliyyatların “bir pəncərə” prinsipi əsasında formalaşdırılmasıdır.

 

 

Asan xidmət mərkəzlərində abunəçilərimiz;

 

Borcun olmamasına dair arayışın verilməsi

 

     Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi
     Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması
     Qeyri əhali üzrə texniki şərt müraciətlərinin qəbulu
     Borcun araşdırılması

 

xidmətlərindən yararlana bilərlər.

 

 “Azərişıq” ASC yaxın gələcəkdə Asan Xidmət mərkəzlərində verilən xidmətlərin sayını çoxaltmaqla yanaşı Bərdə və Gəncə “Asan Xidmət” mərkəzlərində də fəaliyyətə başlanılacaqdır. Beləliklə regionlar üzrə abunəçilərimiz asan xidmət vasitəsilə verilən xidmətlərdən faydalana biləcəklər. Sumqayıt şəhərində yerləşən “Asan Xidmət” mərkəzinə Sumqayıt abunəçiləri və eyni Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonu abonentləri müraciət edə bilərlər.

 

Sonda onu da qeyd etmək lazımdır ki, abonentlərimiz üçün yaradılmış elektron xidmətlərdən abonetlərimiz mənzillərindən ayrılmadan Azərişıq ASC-nin rəsmi internet səhifəsi üzərindən və  Elektron Hökumət Portalı vasitəsi ilə təqdim edilən elektron xidmətlərimizdən də faydalana bilərlər. 

 

 

Dəyərli abonentlərimiz !

 

“Azərişıq” ASC-nin “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə göstərdiyi xidmətlərdən yararlanmaq üçün siz aşağıda göstərilmiş ünvanlara həftəiçi səhər saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə  səhər saat 10:00-dan 17:00-dək müraciət edə bilərsiniz.

 

 

1 saylı Bakı "ASAN xidmət" mərkəzi

Ünvan:  Bakı, Akademik Həsən Əliyev küçəsi, 36  

 

2 saylı Bakı "ASAN xidmət" mərkəzi

Ünvan:  Bakı, Nobel prospekti 23, AMAY Ticarət mərkəzinin 2-ci mərtəbəsi

 

4 Saylı Bakı "ASAN xidmət" Mərkəzi

Ünvan:  Bakı, Bakıxanov qəsəbəsi,Sülh küc, 8A

 

5 Saylı Bakı "ASAN xidmət" Mərkəzi

Ünvan:  Bakı, Heydər Əliyev pr, 115


Sumqayıt "ASAN xidmət" mərkəzi

Ünvan:  Sumqayıt, 15-ci məhəllə 42d

 

Sabirabad "ASAN xidmət" mərkəzi

Ünvan: Sabirabad, Heydər Əliyev, 128