• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC-nin əməkdaşının övladı ən yüksək balla tələbə adını qazandı

Paylaşma tarixi: 21 avqust 2015


          Qəbələ rayonunda abturiyentlər arasında ən yüksək nəticəni Vəndam qəsəbə 3 saylı tam orta məktəbin məzunu Əfəndiyeva Xəyalə Rəvan qızı əldə edib. O, ali məktəblərə keçirilən III ixtisas qrupu üzrə qəbul imtahanlarında 700 bal toplayıb.

 

          Xəyalə Əfəndiyeva artıq Prezdent yanında Dövlət  İdarəçilik Akademiyasının hüquqşunaslıq fakultəsinin tələbəsidir. O deyir ki, ölkəmizin daha da inkişafı üçün  hüquqşünas kadrlara böyük ehtiyac var: “Odur ki, bir gənc olaraq bu peşəni seçməklə həmin sahədə  öz kiçik töhfəmi vermək niyyətindəyəm.
          Bu gün Azərbaycanda dövlət tərəfindən gənclərə çox böyük dəstək var. Möhtərəm Prezidentimiz İlham Əliyev daim öz çıxışlarında gənclərimizin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaları, yüksək ixtisaslı kadrlar kimi yetişmələri üçün dövlətimizin gördüyü işləri sadalayır. Bu biz gəncləri də ruhlandırır, elmə olan marağımızı artırır. Odur ki, çalışacağam ki, ali təhsil illərində də yüksək biliklər əldə edib, gələcək fəaliyyətimdə dövlətimizin bizə göstərdiyi etimadı öz əməyimlə doğruldum. Vətənim üçün xeyirli və gərəkli bir kadr olum”

          Xəyalə Əfəndiyeva biliklər qazanmaqda yardımçı olan insanlara - orta məktəb müəllimlərinə, fərdi müəllimlərinə, eləcə də, valideynlərinə borclu olduğunu bildirdi. Xatırladaq ki, Xəyalənin atası Rəvan Əfəndiyev "Azərişıq" ASC-nin Simal-Qərb RETSİ-də Balans və Üçot Şöbəsinin Rəisi vəzifəsində çalışır.