• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Şimal-Qərb RETSİ nümunəvilər sırasına çıxır

Paylaşma tarixi: 02 sentyabr 2015


      ŞimalQərb Regionu  (Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları) Respublikamızın 749.900 nəfər əhalinin yaşadığı, 12.700 min kvadrat km. ərazini əhatə edən, 14.386 km ötürücü elektrik verilişi xəttinə malik bir bölgəsidir. "Azərişıq" ASC tərəfindən ölkə ərazisində elektrik enerjisinin təchizatı istiqamətində aparılan yenidənqurma işləri zamanı, ərazinin əksər hissəsinin dağlıq və dağ ətəyi ərazidə yerləşməsini nəzərə alınaraq, bu bölgəyə daha həssas yanaşılması Şimal–Qərb regionunda da ciddi şəkildə əsaslı dönüş yaradıb.

 

 

 

     ŞimalQərb RETSİ üzrə son beş ay ərzində şəbəkələrin əsəslı və cari  təmiri məqsədilə xeyli işlər görülüb. İsmayıllı EŞ–in  xidməti ərazisində olan 110 kV–luq “Qubaxəlilli” hava xətti (1,3 km), 35 kV–luq ”Basqal” hava xətti (2,3 km), Şəki EŞ-in ərazisində 35 kV–luq hava xətti  (4,1 km), Şamaxı EŞ–in ərazisində 35 kV-luq “Çarhan” və “Meysəri” hava xətti (1,6 km), Zaqatala EŞ–in ərazisində “Bəhmədli” hava xətti (1,05 km) yenidən qurulub. Eyni zamanda ŞimalQərb RETSİ-nin balansında olan 10 kV-luq EVX-nin 129.2 km,  0,4 kv-luq  EVX-nin 97,8 km  əsaslı və cari təmir işləri aparılıb. Yenidənqurma işləri zamanı  631 ədəd  10 kV-luq, 2.261 ədəd 0,4 kV-luq yeni dayaqlar quraşdırılıb, fiziki köhnəlmiş 22460 metr uzunluğunda açıq naqillər yeni naqillərlə əvəz olunmuş, 13500 metr uzunluğunda kabel xəttləri çəkilib.

 

 

 

      İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün ilkin mərhələdə yenidən qurulması və gücləndirilməsi tələb olunan 108 ədəd yeni, müasir tipli KTM quraşdırılıb. Artıq bunlardan 50 ədədi şəbəkəyə qoşulub. Yeni qoşulmuş KTM-lərin 0,4 kV tərəfində açıq naqillər kabellərlə,  istismar müddətini keçmiş dayaqlar isə dəmir - beton və ya  dəmir dayaqlarla əvəz olunur ki, bu da həmin yarımstansiyadan qidalanan əhali istehlakçılarının dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmsını təmin edir. 

 

 

 

       Elektrik enerjisi itkilərinin qarşısını almaq məqsədilə regionun xidməti ərazisində olan iri enerji tutumlu istehlakçıların  köhnə sayğacları müasir elektron tipli sayğaclarla əvəz olunub. 3000-dən çox istismar müddətini keçmiş qüsurlu sayğaclar  dəyişdirilib, 7500-ə yaxın istehlakçının elektrik sayğacının dövrəsi yoxlıanılaraq yenidən möhürlənib. Alış yarımstansiyalarında  isə alının elektrik enerjisinə daimi nəzarət etmək üçün məsafədən oxunan  nəzarət sayğacları quraşdırılıb. Bildiriş təqdim olunan və ödəniş etmiş  istehlakçıların sayı hər növbəti ayda əvvəlki aylara nisbətən artır ki, bu da istehlak olunmuş elektrik enerjisinin dəyərininin ödənişini maksimum həddə çatdırmaq  imkanı yaradır.

 

 

 

      Hal-hazırda istehlakçıları fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün regionda təmir, quraşdırma və yenidənqurma işləri davam etdirilir.