• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC-dən daha bir yenilik

Paylaşma tarixi: 09 sentyabr 2015


        “Azərişıq" ASC yaradıldıqdan sonra ölkə başçısının imzaladığı sərəncamdan irəli gələn vəzifələrin ugurla həyata keçirilməsi məqsədilə ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yeni yarımstansiyaların inşası, yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi və müasir tipli avadanlıqlarla təchiz edilməsi, yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik kadrların hazırlanması işləri ilə yanaşı artıq bütün abonentlər üçün 15 rəqəmli kod sisteminin tətbiqi işləri də davam etdirilir. Artıq ötən qısa müddət ərzində yeni kodlar Bakının Mehdiabad, Bağlar, Fatmayi, Novxanı, Xırdalan və Qobustan qəsəbələrində istifadə olunur. Həmçinin Şimal Regionu üzrə (Sumqayit, Xaçmaz, Quba, Qusar, Xızı, Şabran, Siyəzən) və Şimal-Qərb Regionu üzrə (Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Balakən, Zaqatala, Qax, Şamaxı) tamamilə 15 rəqəmli kod sistemi fəaliyyətdədir və Abonent İnformasiya Sistemi “Azərişıq” ASC-nin bütün elektrik şəbəkələrini əhatə edəcək.

 

           Vahid 15 rəqəmli kodun tətbiqi "ORACLE" verilənlər bazasının üzərində qurulur.

 

        Bu sistemin tətbiqi Abonent İnformasiya Sisteminin vahid bazada birləşdirəcək və məlumat mübadiləsinin “online” rejimdə icra olunmasına imkan yaradacaq. İnformasiya sisteminin vahidliyi baş verə biləcək neqativ halların qarşısının alınması ilə yanaşı informasiyanın dəqiqliyini də təmin edəcək.

 

      “Azərişıq” ASC  Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq qısa müddət ərzində mövcud problemlərin aradan qaldırılmasını, elektrik təhcizatında daha müasir metodların tətbiqini, istehlakçıların etibarlı, səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təhciz edilməsini əsas məqsəd kimi qarşısına qoyub.