• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC əməkdaşlarının iş şəraitini yaxşılaşdırır

Paylaşma tarixi: 18 sentyabr 2015


“Azərişıq” ASC-nin yaradılmasından artıq yeddi aya yaxın bir zaman keçir. Ölkəmizin bütün rayon mərkəzlərinin, qəsəbə və kəndlərinin  enerji təhcizatında ciddi dönüş əldə edilib. İlk günlərdən başlayaraq yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi öz məntiqi nəticələrini verməkdədir. Yeni güc mərkəzləri həm görünüşcə əvvəlkindən fərqlənir, həm də böyük texniki  üstünlüklərə malik olmaqla  yeni, müasir Komplekt Transformator Məntəqələridir. Bu işlərlə yanaşı uzun illər istismar olunan agac dayaqlar da yeni dəmir boru dayaqlarla əvəzlənir, açıq tipli, uzun müddət istismarda oldugu üçün yararsız vəziyyətə düşmüş, heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan (SİB) izolyasiyalı kabellərlə dəyişdirilir. Bu tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.


bas_ofis

 

          Qısa müddət  ərzində  7 regional idarəetmə strukturu da formalaşdırılıb  09 aprel 2015-ci il tarixi ilə saat 00.00-dan etibarən enerji alışı üzrə uçot nöqtələri təhvil alınıb. Bunlar Bakı, Şimal, Şimal-Qərb, Qərb, Cənub, Aran, Mərkəzi Aran Regional Enerji Təhcizatı və Satışı İdarələridir. Enerji təhcizatında uğurlu nəticələr əldə edən “Azərişıq” ASC yerlərdə əməkdaşlarının keyfiyyətli xidmət göstərməsi üçün iş şəraitin yaxşılaşdırılması istiqamətində də ciddi tədbirlər görür. İlk olaraq əmək fəaliyyətinin təhlükəsizliyi üçün işçilər unuformalarla təmin ediliblər. Onların fəaliyyət sahəsinə və qəza yerlərinə tez yetişmələri üçün 100-dən artıq Almaniya və Yaponiya istehsalı olan komfortlu avtomobillər RETSİ-lər üzrə paylanıb. İlin sonuna kimi bu avtomobillərin sayı 200-ə çatdırılacaq.

 

avtomobiller

 

          Bununla yanaşı 14 rayonda yeni ofislərin tikintisinə başlanılıb. Artıq onlardan yarısı başa çatdırılmaq üzrədir. Yeni ofislərdə işçilərin səmərəli fəaliyyəti üçün bütün texniki şərait yaradılır. İş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Fəaliyyət otaqlarından başqa burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb və lazımı vəsaitlərlə təchiz edilib. İlin sonuna kimi 14 Rayonda yeni ofislərin hamısı tam tikilib istifadəyə veriləcək.

 

          Qarşıdakı illərdə isə bütün rayonlarda bu cür yeni tipli ofislər tikilərək əməkdaşların ixtiyarına veriləcək.Yeni ofislərdə Abonentlərə  də öz  müraciətləri üçün   rahatlıqla  xidmət göstəriləcək. Bu ofislər əsasən eyni tipli olsa da bəzi regionlarda yerli memarlıq xüsusiyyəti də nəzərə alınacaq.

 

shimal-qerb

     

      Məsələn, bu yaxınlarda tikintisinə başlanan Gəncə şəhərindəki 35/10 kVt – luq yarımstansiya binasının  dizayn xüsusiyyətlərində yerli memarlığın bütün cəhətləri nəzarə alınıb. Həm qədim, həm də müasir binaların memarlıq incilərini özündə cəmləşdirən tikiləcək yeni binada ərazinin nəzarətdə saxlanılması üçün bütün texnoloji nəaliyyətlər tətbiq ediləcək. Bu cür incə nüanslar “Azərişıq” tərəfindən bütün yenidənqurma işləri zamanı diqqətdə saxlanılır.