• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Qış mövsümünə hazırlıqla bağlı "Azərişıq" ASC tərəfindən ciddi işlər görülub

Paylaşma tarixi: 12 oktyabr 2015


             Son illər Bakıda və onun ətraf qəsəbələrində əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatında yaranan müsbət dəyişiliklər göz qabağındadır. Bütün bunları yüksək qiymətləndirən dövlət başçısı Azərbaycanda bu işlərin davamlı və etibarlı şəkildə aparmaq üçün “Azərişıq” ASC qarşısında müvafiq tələblər qoyub. Bu tələbləri yerinə yetirmək üçün qısa vaxt ərzində tədbirlər planı hazırlanıb, təmir, tikinti və yenidənqurma işləri aparılıb. “Bakıelektrikşəbəkə” “Azərişıq” ASC-yə çevrildikdən sonra da paytaxt Bakı və onun ətraf rayonlarının elektrik enerjisi ilə təchizatında keyfiyyət əsas meyar olaraq qalır. Xüsusi ilə qış aylarında elektrik enerjisinə artan tələbatı  nəzərə alaraq “Azərişıq” ASC yarana biləcək bütün problemləri köklü şəkildə və bir dəfəlik həllində israrlıdır. Bunun üçün son beş ay ərzində ciddi işlər görülüb.

 

              Bakı şəhərinin Nəsimi və Nərimanov rayonlarının elektrik təchizatının yaxşılaşdırılması, yeni inşa edilən yüksək mərtəbəli yaşayış binalarının, təhsil, tibb, iaşə və digər təyinatlı obyektlərin elektrik enerjisi ilə təmin edilməsi üçün Rəşid Behbudov küçəsində 35/6 kv-lıq 2x25 MVA gücündə 87 saylı, Rixard Zorge bağında 35/10 kv-lıq 2x25 MVA gücündə 86 saylı müasir tipli, tam qapalı yarımstansiyalar inşa edilib. Yarımstansiyalar digər 35 kv-lıq yarımstansiyalarla (117 və 97 saylı) və öz aralarında əlaqələndirilməklə 35 kv-lıq dairəvi təchizat sxeminə daxil edilib. Bu məqsədlə, 20 km yaxın 35 kv-luq kabel xətləri çəkilib. Bu da hər hansı yarımstansiyada baş verə biləcək qəza zamanı istehlakçının enerjisiz qalmasının qarşısını alacaq.

Paytaxtın digər ərazisi olan Nərimanov rayonunun Molla Cuma küçəsində 35/10 kv-lıq 2x25 MVA gücündə 219 saylı, M. Nağıyev küçəsində 35/6 kv-lıq 2x25 mvA gücündə 221 saylı yeni yarımstansiyalar tikilib istismara verilib.

110/35/6 kv-lıq 227 saylı (yeraltı), 35/10 kv-lıq 215 saylı və  “Yurdum Araz” yarımstansiyalarında 2 dövrəli 35 kv-lıq kabel xəttləri çəkilərək (L=11,4 km) 219 və 221 saylı yarımstansiyalar 35 kv-lıq dairəvi elektrik təchizat sxeminə daxil edilib. Bununla da Nərimanov rayonunun böyük bir hissəsinin elektrik təchizatının dayanıqlığı və etibarlılığı  təmir olunub.

Bütün yarımstansiyalarda müasir tipli vakuum və eleqaz avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemi quraşdırılıb. Bu zaman yerli və xarici şirkətlərin istehsalı olan avadanlıq və materiallardan  istifadə edilib.

Bakıətrafı kənd və qəsəbələrin elektrik təchizatının yaxşılaşdırılması istiqamətində də ciddi səylər göstərilir. Yerlərdə elektrik enerjisinə  aratn tələbatın ödənilməsi üçün Bakı-Kürdəxanı yolu üstündə 35/10 kv-luq 2x10 MVA gücündə “Məhəmmədi” yarımstansiyası inşa edilib. Yarımstansiyanın qidalandırılması üçün 110/35/10 kv-luq  “Zabrat” yarımstansiyasından ümumu uzunluğu 19 200 metr olan iki dövrəli 35 kv-luq kabel xətti çəkilib. Yarımstansiyanın tikilməsi Zabrat-Kürdəxanı yolu üzərində təhlükəli vəziyyət yaradan müxtəlif gərginlikli hava xətlərini yığışdırılaraq təhlükəsiz kabel xətləri ilə əvəzlənməsi üçün münbit şərait yaratdı. Bu da Bakı və Bakıətrafı ərazilərdə avtomobil yollarında aparılan təmir-abadlıq işləri ilə bilavasitə əlaqədardır. “Məhəmmədi” yarımstansiyasının dayanıqlığını artırmaq üçün 35/6 kv-luq 461 saylı yarımstansiyasından  2 dövrəli 35 kv-luq kabel xətləri çəkilib.

             Abşeron rayonun Fatmayı qəsəbəsinin elektrik təchizatının yaxşılaşdırılması üçün 35/6 kv-luq 2x6,3 MVA gücündə “Fatmayı” yarımsatnasiyası  inşa edilərək istismara verilib. Yarımstansiyada 6 və 35 kv-luq qapalı paylayıcı qurğular  tikilib, müasir tipli eleqaz  və vakuum tipli elektrik avadanlıqları  quraşdırılıb. Yarımstansiyanın qidalandırılması üçün 110/35/6 kv-luq “Kürdəxanı”  yarımstansiyasından 24 600 metr uzunluğunda iki dövrəli 35 kv-luq kabel xətti  çəkilib. Ərazidə 6 kv-luq hava elektrik veriliş xətlərinin yığışdırılması üçün 18 000 min metrə yaxın kabel xətlərinin çəkilməsi də nəzərdə tutulub.

          Bundan başqa enerji paylanmasında keyfiyyətin artırılması üçün bir çox kənd və qəsəbələrdə müasir tipli komplekt transformator məntəqələri quraşdırılaraq istıfadəyə verilib. Yeni güc mərkəzləri həm görünüşcə əvvəlkindən fərqlənir, həm də böyük texniki  üstünlüklərə malikdir. KTM-lərin quraşdırılması fərdi yaşayış və bağ massivlərində xeyli sayda şəxsi transformatorların yığıdırılmasına  və elektrik təchizatının yaxşılaşdırılmasına  səbəb olub.  Bu isə istehlakçıların göstərilən xidmətə etibarlarının artmasının nümunəsidir. Hazırda “Azərişıq” ASC tərəfindən Bakı və ətraf rayonların qışa hazırlıq işlərində intensivlik davam etdirilməkdədir. Əsas məqsəd bütün abonentlərin etibarlı, keyfiyyətli və təhlükəsiz elektrik enerjisi ilə təminatıdır.