• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına yönələn tədbirlərlə bağlı  “Azərişıq”ASC-nin Mətbuat Xidmətinin məlumatı

Paylaşma tarixi: 29 oktyabr 2015


      Seçkilər günü seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi təchizatının təmin olunması məqsədi ilə  “Azərişıq”ASC-nin strukturuna daxil olan  bütün Rayon Enerji Təchizatı və Satışı İdarələri tərəfindən ərazilərində yerləşən seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün müvafiq texniki və təşkilati tədbirlər görülmüşdür. Dairə və məntəqə seçki komissiyalarının yerləşdiyi binalardakı elektrik qurğularının  və avadanlıqlarının, habelə enerji təchizatını həyata keçirən mənbələrin mövcud vəziyyəti təkrar yoxlanılmış,aşkar olunmuş qüsur və nasazlıqlar qısa müddətdə aradan qaldırılmış,zəruri olan mal-materialların ehtiyatı yaradılmış, baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün ciddi tədbirlər görülmüşdür.

 

   Seçkilər günü Səhmdar Cəmiyyətin  Mərkəzi Aparatında, Texniki Departamentə tabe olan xidmət sahələrində və Avtonəqliyyat xidmətində,  habelə  bütün RETSİ-lər və ETSİ-lər üzrə növbətçilik təşkil olunacaqdır.

      Yarana biləcək istənilən nasazlıq vəziyyəti ilə bağlı “Azərişıq” ASC-nin “199 - Qəza Xidməti”nə müraciət edə bilərlər.