• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC tək paytaxtı, iri şəhərləri deyil, ən ucqar regionları da nura qərq edir.

Paylaşma tarixi: 05 noyabr 2015


Cəbhə bölgələrində elektrik şəbəkələri yenilənir.

 

       Bu gün Respublikamız müharibə şəraitindədir. Ancaq buna baxmayaraq ölkəmizin bütün regionlarında, o cümlədən cəbhə bölgələrində “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq tikinti, abadlıq, yenidənqurma işləri sürətlə davam etdirilir.

 

       Respublikamızın energetika sahəsi də bu inkişafdan geri qalmır, beynəlxalq standart-lara uyğun yenidən qurulur. Respublika Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi texniki baza yenilənir, möhkəmlənir və bunun nəticəsində görülən işlərin keyfiyyəti də yüksəlir.

 

 

Merkezi_Aran_14

 

       Ölkə rəhbərinin qayğısı ilə cəbhə bölgəsində yerləşən rayonlara xüsusi diqqət və qayğı göstərilir. Müharibə təzə başlayanda zülmətə bürünmüş küçələr, evlər indi işığa qərq olub. Sərhəd bölgəsində yerləşən Tərtər, Ağdam, Fizuli rayonlarında görülən işlərə nəzər salanda bunun bir daha şahidi oluruq.

       Düşmənlə  təmas xəttində  yerləşən bu rayonlarda köhnəlmiş, istismara yararsız elektrik dayaqları dəyişdirilir, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir, müasir tipli yarımstansiyalar quraşdırılır.

 

IMG-20150524-WA0016 IMG-20150524-WA0026

 

       Cari ildə Tərtər rayonunda 10/6-0,4 kV-luq transformator yarımstansialarının 82 ədədi əsaslı, 74 ədədi cari təmir eilmiş, yeni 121 ədəd 0,4kV-luq ayırıcılar  quraşdırılmış, qüsurlu 410 ədəd dayaq və 10500 metr naqillər dəyişdirilmişdir.

       10 və 6 kV-luq hava xəttlərinin 410,8 km  hissəsi təmir edilmişdir. Şəhərdə T.İsmayılov, E.Hüseynov, Sahil, E.Səfərov, Ə.İsmayılov, F.Qulami, S.Vurğun, Q.Mehdiyev, M.Hüseynzadə küçələrində və H.Əliyev prospektində 10 ədəd müxtəlif  gücdə  transformator məntəqələri yeni transformator məntəqələri ilə əvəz edilərək  istismara verilmişdir.

 

DSC_3150 DSC_9581

 

       M.Hüseynzadə və E.Hüseynov küçələrində 0,4kV-luq hava xəttləri 7 km SİP markalı kabellə əvəz edilmiş,  yeni sayğaclar  quraşdırılmışdır. Hazırda Hacıqərvənd kəndində 0,4 kV-luq hava xəttləri kabel xətti ilə əvəz edilir.

       Çaylı kəndində məskunlaşmış qaçqın və köçkünlərin  elektik təchizatı üçün yeni elektrik xətləri  çəkilmiş, bu məqsədlə 22 ədəd dəmir beton dayaq , 2500 m naqil, 1 ədəd 180 kVa  gücündə transformator quraşdırılmışdır.Mərkəzi Aran RETSİ tərəfindən 7 ədəd transformator yenisi ilə əvəz olunmuşdur.

 

07_08_2015_5 07_08_2015_4

 

       “Azərişıq” ASC-nin Mərkəzi Aran RETSİ-nin  istismarında olan  35/6 kV-luq “Tərtər”  və  35/10 kV-luq “Sarıcalı” yarımstansiyalarında  transformatorlar, 35 kV-luq yağ açarları, 10 kV-luq  kameralar   və portallar  təmir olunmuş, magistral yol kənarında olan dəmir beton dayaqlar rənglənmişdir.

       Ağdam və Füzuli rayonlarının da energetiklərinin işləri ürəkaçandır.

       Bu günədək Füzuli Elektrik Şəbəkəsi üzrə 10/6-0,4 kV-luq transformator yarımstansiyalarindan 44 ədədi əsaslı, 32 ədədi cari təmir edilmiş, yeni 16 ədəd 0,4 kV-luq  ayırıcılar  quraşdırılmış, qüsurlu 91 ədəd dayaq və 11000 metr naqillər dəyişdirilmişdir.

 

mingecevir_26_05_2015_13 mingecevir_26_05_2015_18

 

        10 və 6 kV-luq hava xəttlərinin 110 km  hissəsində dəmir aparılmışdır. Horadiz şəhərində, Bala Bəhmənli kəndində, Kərimbəyli kəndində, Böyük Bəhmənli kəndində, Araz Yağlıvənd və Mahmudlu-2 kəndlərində 11 ədəd müxtəlif güclü transformator məntəqələri yeni transformator məntəqələri ilə əvəz edilmiş, sxemaya qoşulmuş və 0,4 kV-luq hava xəttləri 6,1 km SİP markalı kabellə, sayğaclar yeni sayğaclarla əvəz edilmişdir. 35/10 kV-luq “Mahmudlu” və  “Qayıdış” yarımstansiyalarında   10 kV-luq yağ açarlarında cari təmir işləri aparılmış və istismara yararsız yağlar  dəyişdirilmişdir.

       “Azərişıq” ASC-nin Aran RETSİ tərəfindən 35/10 kV-luq “Horadiz”, “Araqala” yarımstansiyalarında mövcud olan qüsurlar aradan qaldırılmış, elektrik avadanlıqlarında təmir işləri aparılmış, magistral yol kənarında olan dəmir beton dayaqlar rənglənmişdir.

 

DSC_1510 DSC_1595

 

       Ağdam Elektrik Şəbəkəsi "Azərişıq" ASC-nin tərkibinə verildikdən sonra ərazidə 21 ədəd yeni tipli KTM  quraşdırılmış, 192 ədəd 10kV-luq ağac dayaqlar yeni dəmir beton dayaqlarla əvəz olunmuş, 192 ədəd 10 kV-luq beton dayaq  başlığı dəyişdirilmiş, 610 ədəd 10 kV-luq  yararsız izolyatorlar, 14308 metr naqil yeni AS-50 markalı naqillə  yenilənmişdir. Yeni quraşdırılmış  2 ədəd KTM-in 0,4 kV-luq   elektrik şəbəkəsi  SİP kabellərlə  yenidən qurulmuşdur.   4376 metr və 191 ədəd yararsız 0,4 kV-luq çürümüş dayaqlar   yenisi  ilə əvəz edilmişdir. 4 ədəd 0,4 kV-luq 400 amperlik, 4 ədəd 250 amperlik kəsici açarlar, 9 ədəd 10 kV-luq ayırıcı,  392 ədəd 1 fazalı, 48 ədəd 3 fazalı sayğac yenisi ilə əvəz olunmuşdur.

       Bütün sadalanan  faktlar adi rəqəmlər deyil, düşmənlə üzbəüz bölgələrdə yanan çıraqlardır.

 

DSC_1667

 

       "Azərişıq" ASC tək paytaxtı, iri şəhərləri deyil, ən ucqar regionları da nura qərq edir.

       Bu gün bizim vəzifəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkə ərazisində istehlakçıları etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etmək, ölkə başçısının etimadını doğrultmaqdır. Paytaxtımız Bakı kimi cəbhə bölgələri də, ən ucqar regionlar da fasiləsiz işıqla təmin olunmalıdır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi "Azərbaycan dünyaya günəş kimi doğacaq." Düşmənlə üzbəüz sərhəd bölgələrində hər evdə yanan işıq düşmənin gözünə bir ox kimi batacaq.

 

       “Azərişıq” ASC

       Mətbuat Xidməti