• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Qış mövsümünə hazırlıqla bağlı “Azərişıq” ASC tərəfindən Şimal regionunda irimiqyaslı işlər görülüb

Paylaşma tarixi: 17 noyabr 2015


 

 “Azərişıq” ASC fəaliyyətə başladığı 9 ay ərzində paytaxt Bakı və bütün regionlar üzrə əhəmiyyətli dəyişikliklərə nail olub.

 

Bu sırada Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi hazırlanmış tədbirlər planına uyğun olaraq, öz fəaliyyəti dövründə yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik xətlərinin, onların mühafizə və avtomatika vasitələrinin normal və qəzasız iş rejiminin təmin edilməsi məqsədilə ciddi dönüş yaradıb. Qarşıdan gələn qış mövsümü üçün də xüsusi hazırlıqlar görülməkdədir.

 

Şəbəkənin balansında olan 110/35/10-6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilmiş, transformatorların əksəriyyəti test edilmiş, 2-ci kommutasiya dövrələri sazlanaraq, mühafizələri yoxlanılmışdır.

  

          

 

Sumqayıt Elektrik Şəbəkəsinin əhatə zonasına daxil olan Corat, Saray qəsəbələrinin, Yaşma bağları, Stansiya Sumqayıt və Xəzər bağları yaşayış massivlərinin, Sumqayıt şəhəri 50-ci məhəllə, 11 və 12-ci mikrorayonlarının elektrik təchizatında uzun illər ərzində problemlər yaşandığını, əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq, həmin ərazilərdə müxtəlif gücə malik ümumilikdə 23 ədəd yeni güc mərkəzləri yaradılmışdır. Bu müddət ərzində ərazilərdə 2648 ədəd 0,4 kV-luq dayaq basdırılmış, 42 km SİP kabel xətti, 5,1 km 10 kV-luq xətt çəkilmiş, yeni qeydiyyata alınmış abonentlərə 579 ədəd sayğac quraşdırılmışdır. Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində 10 kV-luq 143 və 66 saylı KTM-lər arası, 10 kV-luq Saray -8, TM 120 və KTM-67, 6 kV-luq 46 və 47 TM-lər arası hava xətlərində yenidənqurma işləri görülmüşdür. Stansiya Sumqayıt ərazisində əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin daxili imkanları hesabına gərginliyi 35/10 kV –luq, gücü 2,5 MVA olan 138A saylı yarımstansiya tikilib istismara verilmişdir.

 

Xaçmaz rayonunda elektrik enerjisinə artan tələbatı nəzərə alaraq, Seyidli kəndi ərazisində gərginliyi 35/10kV-luq,2x6,3 MVA gücündə Seyidli (Nabran-2) YS tikilmişdir. YS-nın qidalandırılması üçün 110/35/10 kV-luq “Yalama” YS-dan iki dövrəli 35 kV-luq hava xətti çəkilmişdir. Xaçmaz şəhərinin elektrik təchizatının yaxşılaşdırılması üçün gərginliyi 35/10 kV-luq, 2x10MVA gücündə yeni “Xaçmaz” yarımstansiyası inşa edilmiş, həmin yarımstansiyaya 110/35/10 kV-luq “Xaçmaz” yarımstansiyasından iki dövrəli 3,1 km uzunluqda XLPE-300 markalı 35 kV-luq kabel xətləri çəkilmişdir. Xaçmaz rayonunda 25 ədəd müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılmış və şəbəkəyə qoşulmuşdur.

 

          

 

Quba rayonunun dağlıq ərazilərində yerləşən kənd və qəsəbələrinin elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə Təngəaltı kəndində 35/10 kV-luq “Təngəaltı” yarımstansiyası tikilmiş, 35 və 10 kV-luq elektrik avadanlıqları, hər birinin gücü 6,3MVA olan iki ədəd transformator quraşdırılmışdır. Bu YS-da işlər yekunlaşmaq ərəfəsindədir. Qəçrəş massivində də 35/10 kV-luq 2 x 6,3 gücündə yarımstansiya quraşdırılmış və YS-ya 110/35/10 kV-luq “Quba” YS-dan 6 km uzunluğunda iki dövrəli 35 kV-luq Qəçrəş hava xətti çəkilmişdir. Qubanın ən ucqar dağ kəndlərindən olan Yerfi kəndində 35/10 kV-luq 1 MVA gücündə olan “Yerfi” yarımstansiyası inşa edilərək istismara verilmişdir.

 

          

 

Quba rayonunda ümumilikdə 24 ədəd müxtəlif gücə malik KTM quraşdırılmış, 2 ədəd 630 KVA gücündə KTM üçün bünövrə hazırlanmış və yaxın günlərdə elektikquraşdırma işlərinə başlanacaqdır. Rayonun müxtəlif ərazilərində 0,4 kV-luq şəbəkələrin yenidən qurulması məqsədilə 1196 ədəd dayq basıdırılmış, 30 km SİP, 1000 metrdən artıq 10 kV-luq kabel xətləri çəkilmiş, abonentlərə 832 ədəd sayğac quraşdırılmışdır.

 

Qusar rayonun kəndləri əsasən dağlıq ərazidə yerləşdiyindən payız-qış mövsümündə çətin relyefə malik ərazilərdə qısa zamanda xeyli iş görülmüşdür. Şəhər ərazisində və kəndlərdə 19 ədəd KTM quraşdırılmış, 10 kV-luq Urva, Kuzunqışlaq, Caxarpalasa, 1 saylı Şəhər hava xətlərində yenidənqurma işləri görülmüşdür. 0,4 kV-luq şəbəkələrin yenidən qurulması məqsədilə 784 ədəd dayaq basdırılmış, 26 km SİP, 1 km 10 kV-luq kabel xətləri çəkilmiş, 507 ədəd sayğac quraşdırılmışdır.

 

     

 

Şabran rayonunda Dağbilici kəndi ərazisində 35/10 kV-luq 1 MVA gücündə “Dağbilici”, Mumlu kəndində 35/0,4 kV-luq gücü 250 kVA olan “Mumlu” yarımstansiyaları quraşdırılmışdır.

 

Şabran rayonunda və kəndlərində 20 ədəd müxtəlif gücə malik KTM quraşdırılmış, 10 kV-luq Qorqan, Ağalıq, Təzəkənd, 5 mərtəbə, Çölquşçu, Şəhər-1, Şəhər-2, Düzbilici hava xətlərində əsaslı təmir işləri yerinə yetirilmişdir. 0,4 kV-luq şəbəkələrin yenidən qurulması məqsədilə 701 ədəd dayaq basdırılmış, 11,9 km SİP, 1,2 km 10 kV-luq kabel xətləri çəkilmiş və abonentlərə 219 ədəd sayğac quraşdırılmışdır.

 

Siyəzən şəhərinin və kəndlərinin elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə 14 ədəd KTM quraşdırılmışdır ki, bu da abonentlərin elektrik enerjisinə olan tələbatını ödəməyə imkan verir. Siyəzən rayonu ərazisində 6 kV-luq Kondensator, Tunel-Tikinti hava xətlərində yenidənqurma işləri görülmüşdür. Ərazidə 0,4 kV-luq şəbəkənin yenidən qurulması məqsədilə 1265 ədəd dayaq basdırılmış, 27 km SİP, 1,1 km 10 kV-luq kabel xətti çəkilmiş, abonentlərə 472 ədəd sayğac quraşdırılmışdır.


     Xızı rayonunun ərazisində 11 ədəd müxtəlif gücdə KTM quraşdırılmış, 1  ədəd 250 KVA KTM üçün bünövrə hazırlanmış və yaxın günlərdə quraşdırma  işlərinə başlanacaqdır. Xızı rayonu ərazisində 6 kV-luq Azərenerji, Sitalçay,10  kV-luq Xələnc, FRP-2, FRP-3, Tıxlı hava xətlərində yenidənqurma işləri  aparılmış, yararsız dayaqlar və naqillər yenisi ilə əvəz olunmuşdur. İstismara  yararsız 0,4 kV-luq şəbəkələrin yenidəın qurulması məqsədilə 348 ədəd dayaq  basdırılmış, 4,5 km SİP və 0,7 km 10 kV-luq kabel xətti çəkilmiş, abonentlərə  247 ədəd sayğac quraşdırılmışdır.

Qarşıda gələn qış mövsümünə hazılıqla əlaqədər Şimal Regional Enerji  Təchizatı və Satışı İdarəsinin elektrik şəbəkələrində geniş miqyaslı təmir və  yenidən qurma işləri davam etdirilməkdədir.