• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq”dan daha bir yenilik

Paylaşma tarixi: 09 dekabr 2015


     “Azərişıq” ASC-nin yaradılmasından  artıq  on  ay  keçir. Bu müddət ərzində ölkəmizin bütün rayon mərkəzlərinin, qəsəbə və kəndlərinin  enerji təhcizatında ciddi dönüş əldə edilib. İlk günlərdən başlayaraq yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi öz məntiqi nəticələrini verməkdədir. 

 

 

     Qısa müddət  ərzində  7 regional idarəetmə strukturu da formalaşdırılıb.  Bunlar Bakı, Şimal, Şimal-Qərb, Qərb, Cənub, Aran, Mərkəzi Aran Regional Enerji Təhcizatı və Satışı İdarələridir. Enerji təhcizatında uğurlu nəticələr əldə edən “Azərişıq” ASC yerlərdə əməkdaşlarının keyfiyyətli xidmət göstərməsi üçün iş şəraitin yaxşılaşdırılması istiqamətində də ciddi tədbirlər görür. İlk olaraq əmək fəaliyyətinin təhlükəsizliyi üçün işçilər unuformalarla təmin ediliblər. Onların fəaliyyət sahəsinə və qəza yerlərinə tez yetişmələri üçün 100-dən artıq  Almaniya və Yaponiya istehsalı olan komfortlu avtomobillər RETSİ-lər üzrə paylanıb. Yaxın vaxtlarda bu avtomobillərin sayı 200-ə çatdırılacaq.

 

 

     Bununla yanaşı 18 rayonda yeni ofislərin tikintisinə başlanıldı. Artıq onlardan yarısı başa çatdırılmaq üzrədir. Gəncə, Ağsu, Ucar, Coranboy, Sabirabad, Cəlilabad Elektrik Şəbəkələri üçün tikilmiş ofis binaları artıq istifadəyə verilib. Ofis binalarının yerləşdiyi sahələr mərkəzlərin görkəmli hissəsində və hərəkət qovşaqlarının optimal bölümündədir. İki mərtəbəli ofis binaları “Azərişıq” ASC-nin  bütün rayonlar üçün nəzərdə tutulmuş ümumi standarta uyğun tikilərək başa çatdırılıb. Ofis binasında  elektrik şəbəkənin əməkdaşlar üçün hər cür iş şəraiti yaradılıb, ərazinin nəzarətdə saxlanılması üçün bütün texnoloji nəaliyyətlər tətbiq edilib. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.

 

 

     Fəaliyyət otaqlarından başqa burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb və lazımı vəsaitlərlə təchiz edilib. Binaların dörd tərəfi abadlaşdırılıb, gül kolları əkilib və yaşıllıq salınıb.

 

 

     Tezliklə daha 8 rayonda “Azərişıq” ASC tərəfindən modern üslubda tikilmiş standart ofis binaları tikilib başa çatdırılacaq. Qarşıdakı illərdə isə bütün rayonlarda bu cür yeni tipli ofislər tikilərək əməkdaşların ixtiyarına veriləcək. Bu ofislər əsasən eyni tipli olsa da bəzi regionlarda yerli memarlıq xüsusiyyəti də nəzərə alınıb. Məsələn, bu yaxınlarda tikintisi başa çatdırılmış Gəncə şəhərindəki 35 kV – luq yarımstansiya binasının dizayn xüsusiyyətlərində yerli memarlığın bütün cəhətləri nəzarə alınıb. Həm qədim, həm də müasir memarlıq incilərini özündə cəmləşdirən yeni binada ərazinin nəzarətdə saxlanılması üçün bütün texnoloji nəaliyyətlər tətbiq edilib.

 

 

     Bu cür incə nüanslar “Azərişıq” tərəfindən bütün yenidənqurma işləri zamanı diqqətdə saxlanılır.