• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Qərb regionunda elektrik təsərrüfatı yenidən qurulur

Paylaşma tarixi: 11 yanvar 2016


    “Azərişıq” ASC-nin 11 aylıq fəaliyyəti müddətində respublikanın paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması istiqamətində mühüm addımlar atılıb.

 

    Bu baxımdan  “Azərişıq” ASC-nin Qərb RETSİ-nin struktur tərkibinə daxil olan Elektriktrik Şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli  elektrik  təchizatı üçün 110;35;10(6) və 0,4 kV-luq şəbəkələrinin  yenidən qurulması, əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülüb.

 

11_01_2016_2 

 

    Qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava ötürücü xətlərinin, onların mühafizə-avtomatika vasitələrinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi planlar həyata keçirilib. Qış aylarında enerji təchizatında heç bir problemin yaranmaması üçün xüsusi proqram hazırlanıb. Proqramın icrası üçün  ən vacib yarımstansiya və transformator  məntəqələrində iki növbəli iş rejimi tətbiq olunub.

 

11_01_2016_3 11_01_2016_4

 

    Paylayıcı şəbəkələrin  yenilənmə si və gücləndirilməsi prioritet götürülərək elektrik enerjisi itkilərinin azaldıması  ölkəmiz üçün iqtisadi faydaların saxlanması xüsusi olaraq diqqətdə saxlanılır.

 

    Şəbəkənin balansında olan 110/35/10(6 )kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilmiş, transformatorların böyük əksəriyyəti test edilmiş, ikinci kommutasiya dövrələri sazlanaraq, mühafizələri yoxlanılmışdır.

 

11_01_2016_5 11_01_2016_6

 

    Ötən vaxt ərzində  “Qərb” RETSİ-də 184 ədəd KTM quraşdırılıb, 17 km 10 kV-luq yeraltı kabel,  67,3 km  0,4 kV  -luq  ÖİN kabel, 59,2 km  35 kV-luq  hava xətləri quraşdırılaraq istismara  verilmişdir.  Bunlarla yanaşı  hava elektrik xətlərində 1369 ədəd 10 kV-luq,  2792 ədəd 0,4 kV-luq, 215 ədəd  35 kV-luq dəmir və beton dayaqlar  quraşdırılmışdır.

 

11_01_2016_7 11_01_2016_8

    Abonentlərə sərfiyyatın düzgün hesablanması üçün yeni tipli 9925 ədəd sayğac quraşdırılıb istifadəyə verilib. Bütün bunlardan başqa 10 ay ərzində  ötürücü xətlərdə və dayaqlarda təmir  işləri aparılıb.

 

Qərb RETSİ-ə daxil olan Qazax EŞ-nin xidməti ərazisində 11,2 km  uzunluğunda  35 kV-luq  Xramçay  hava xətti  yenidən qurulmuş,  dairəvi  elektrik təchizatı  sistemin  yaradılması  məqsədi ilə 35/10 kV –luq “Vaqif” yarımstansiyası ilə 110/35/6 kV-luq “Daş Salahlı” yarımstansiyası arasında 12,5 km uzunluğunda, 35/10 kV-luq “Göyəzən” yarımstansiyası ilə 35/10 kV-luq “Cəfərli” yarımstansiyası arasında 6,2 km uzunluğunda   35 kV –luq  yeni hava xətti çəkilmişdir,  35/10 kV-luq “Qazaxbəyli” yarımstansiyası  yenidən qurularaq istismara verilmişdir.

 

      Gəncə EŞ-nin xidməti ərazisində  35/6 kV –luq  “Nizami” yarımstansiyasının  tikintisi başa çatdırılıb. Yeni yarımstansiya yerli memarlıq üslubunda tikilib və müasirliklə sintez olunub. Burada Gəncə EŞ əməkdaşlarının fəaliyyəti üçün ofis şəraiti də yaradılıb.

 

      Azərbaycanın Ermənistanla sərhəddində yerləşən və Tovuz Elektrik Şəbəkəsinə  daxil olan Qaralar kəndində 10 kV-luq  Qaralar hava xətti qarşıdan gələn sərt qış hava şəraitini nəzərə alaraq tamamilə yenidən qurulub.

 

     Bu arada Daşkəsən EŞ-nin xidməti ərazisində 35/6 kV-luq  “Daşkəsən” yarımstansiyasının tikintisi başa çatmaq üzrədir. Gədəbəy EŞ-nin xidməti ərazisində isə110/35/10 kV-luq  “Gədəbəy” yarımstansiyasının tikinti işləri davam etdirilir.

 

11_01_2016_9 11_01_2016_10

 

     Hal-hazırda  Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti əraziılərinə daxil olan bütün elektrik şəbəkələrində yeni güc mərkəzlərinin yaradılması, 0,4 kV-luq şəbəkələrin yenidən qurulması və yeni şəbəkələrin tikintisi istiqamətində “Azərişıq” ASC-nin  Texniki Departamenti, İnkişaf və İnvestisiya  Departamenti, o cümlədən  Elektrik Şəbəkələri tərəfindən geniş miqyaslı işlər davam etdirilir. Regionun hər bir şəhəri, qəsəbəsi və kəndinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi məqsədi ilə izahi və praktiki işlər aparılır. Məqsəd Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq ölkə ərazisində ən müasir standartlara cavab verən elektrik təchizatını  və nümunəvi xidməti yaratmaqdır.