• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

"ASAN Xidmət"lə "Azərişıq"a müraciətlərin sayı 15 mini ötüb

Paylaşma tarixi: 18 yanvar 2016


“ASAN Xidmət" mərkəzlərində “Azərişıq” ASC-nin xidmətlərindən istifadə edənlərin sayı 15 046 nəfərə çatıb.

 

Təkcə dekabr ayında ölkə üzrə 8 “ASAN Xidmət" mərkəzinə 2 841 müraciət daxil olub.

 

Müraciət etmiş abonentlərin 2 836 nəfəri yaxud 18,85%-i ad dəyişmə xidmətinə görə, 4 346 nəfəri yaxud 28,89%-i borcun araşdırılması ilə bağlı, 1 136 nəfəri yaxud 7,55%-i borcun olmamasına dair arayışın verilməsi üçün və 6 728 nəfəri və ya 44,72%-i isə texniki şərt alınması üçün müraciət edib.

 

 

Qeyd edək ki, “Azərişıq” “ASAN Xidmət"ə 2014-cü ilin mayın 15-dən qoşulub.

 

Dəyərli abonentlərimiz !

“Azərişıq” ASC-nin “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə göstərdiyi xidmətlərdən yararlanmaq üçün siz aşağıda göstərilmiş ünvanlara həftəiçi səhər saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə  səhər saat 10:00-dan 17:00-dək müraciət edə bilərsiniz.

1 saylı Bakı "ASAN xidmət" mərkəzi
Ünvan:  Bakı, Akademik Həsən Əliyev küçəsi, 36

2 saylı Bakı "ASAN xidmət" mərkəzi
Ünvan:  Bakı, Nobel prospekti 23, AMAY Ticarət mərkəzinin 2-ci mərtəbəsi

3 saylı Bakı "ASAN xidmət" mərkəzi
Ünvan: Bakı, A.M.Şərifzadə küç. 157

4 Saylı Bakı "ASAN xidmət" Mərkəzi
Ünvan:  Bakı, Bakıxanov qəsəbəsi,Sülh küc, 8A

5 Saylı Bakı "ASAN xidmət" Mərkəzi
Ünvan:  Bakı, Heydər Əliyev pr, 115

Sumqayıt "ASAN xidmət" mərkəzi
Ünvan:  Sumqayıt, 15-ci məhəllə 42d

Bərdə "ASAN xidmət" mərkəzi
Ünvan: Bərdə rayonu, Heydər Əliyev prospekti 100

Sabirabad "ASAN xidmət" mərkəzi
Ünvan: Sabirabad, Heydər Əliyev, 128

“Azərişıq” ASC-nin Mətbuat Xidməti