• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC Qalal kəndini nura qərq etdi

Paylaşma tarixi: 01 fevral 2016


     Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar ektroenergetika sisteminin yenidən qurulması üçün ən münbit şərait yaradıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan  “Azərişıq” ASC ötən 10 ay  müddətində respublikanın paylayıcı elektrik şəbəkələrrinin yenidənqurulması istiqamətində mühüm addımlar atıb. Ölkə başçısının yeni yaradılmış qurumun qarşısında qoyduğu ən birinci vəzifə ölkə əhalisinin dayanıqlı, keyfiyyətli və təhlükəsiz elektrik enerjisi ilə təchizatı məsələsi olub.

 

 

01_02_2016_2         01_02_2016_3

 

     Bu istiqamətdə “Azərişıq” ASC-nin kollektiv yorulmadan əmək sərf edir və ən həssas məqamları nəzərdən keçirir. Ötən vaxt ərzində aparılan araşdırmalar bir çox acınacaqlı məqamları da üzə çıxarıb. Bəlli olub ki, respublikamızın elə əraziləri və kəndləri var ki, illərdir işıq üzünə həsrətdirlər. Belə kəndlərdən biri də Zaqatalanın mərkəzindən 30 km məsafədə, qonşu Rusiya ilə sərhəddə yerləşən Qalal kəndidir. Dağlıq ərazidə  yerləşən Qalal kəndinin sakinləri düz 35 il idi ki işıq üzünə həsrət idilər. Burdakı insanlar illərlə müasir aləmdən təcrid olunmuş şəraitdə yaşayıblar.

 

01_02_2016_4       01_02_2016_5

    Radio-televiziya, mətbuat Qalal kəndi üçün əlçatmaz bir arzu olub. 35 il sürən bu həsrətə və zülmət gecələrə “Azərişıq” ASC yaradıldıqdan sonra son qoyuldu. Elə ilk ayların araşdırması nəticəsində bəlli olan fakt əsasında təcili və təxirəsalınmaz tədbirlər görüldü. Məlum olub ki, kəndə ilk elektrik xətti1966-cı ildə çəkilsədə, sonralar daşqın və sellər nəticəsində həmin xəttlər tamamilə sıradan çıxıb.1980-cı ildən bəri digər qonşu dağ kəndləri kimi Qalalda da elektrik enerjisinin təhcizatında uzun fasilə yaranıb. Nəhayət, Qalal kəndi 35 illik həsrətdən sonra nura qərq oldu, fasiləsiz elektrik enerjisi ilə təmin edildi.

 

01_02_2016_6       01_02_2016_7

 

     Bu sevinc həm də onunla əlamətdar oldu ki, ölkəmiz  üçün çox əhəmiyyətli olan tarixi bir hadisə ərəfəsində yaşandı. Qalallılar bu sevinci bütün ölkə vətəndaşları ilə birlikdə, “Baku-2015” Birinci Avropa Oyunları zamanı paylaşdılar. Öz evlərində oturub bu möhtəşəm hadisələri seyr etmək onlara da qismət oldu. “Azərişıq” ASC-nin rəhbərliyi Azərbaycan  Respublikasının  cənab  Prezidenti İlham Əliyevin adından açılış günü kənd sakinlərinə televizorlar da hədiyyə ediblər.

 

01_02_2016_8     01_02_2016_9_1

 

     Şimal Qərb RETSİ-nin xidməti ərazinə daxil olan Qalal kəndində 70 nəfər kənd sakinini yaşayır. Burada 40 təsərrüfat və 50-yə yaxın ev var. İndi bu kənddə hər ev üçün müasir tipli sayğac quraşdırılıb, 10/0,4 kV-luq KTM tikilib istifadəyə verilib. KTM-nin qidalandırılması üçün   2,5 km  uzunluğunda  10 kV-luq hava xətti çəkilmiş  və 1 km  uzunluğunda  0,4 kV-luq  EVX quraşdırılmışdır.

 

01_02_2016_10       01_02_2016_11

 

    Qalal kəndi keçilməz çaylardan o üzdə dağların qoynunda yerləşdiyindən burada qış ayları çox sərt keçir. Ona görə də Zaqatala EŞ –nin əməkdaşları bu günlərdə bir daha bu xətlərdə yoxlama işləri apararaq dayanıqlığa təmin olublar.

 

     “Azərişıq” ASC regionun hər bir şəhəri, qəsəbəsi və kəndinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını  üçün yenidənqurma və təmir  işləri aparmaqla  ölkənin hər hansı bir nöqtəsində elektrik enerjisinin verilməsində uzun müddətli fasilələrlə üzləşən vətəndaşların problemini ilk növbədə aradan qaldırmağa çalışır.