• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC-də 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə dair toplantı keçirilib

Paylaşma tarixi: 08 fevral 2016


    “Azərişıq” ASC-nin Sədri  Baba Rzayevin sədirliyi ilə 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə dair Departament direktorları, İdarə və şöbə rəisləri, habelə Regional Enerji Təchizatı və Satışı İdarələri  və onların strukturuna daxil olan rayon (şəhər) Elektrik Şəbəkələri rəislərinin iştirakı ilə toplantı keçirilib.

 

    Toplantıda  2015-ci il ərzində görülən quruculuq işlərindən danışılıb, 2016-cı ildə  qarşıda duran vəzifələrdən və konkret görüləcək işlərdən söhbət açılıb.  Bildirib ki, dünyada baş verən qlobal iqtisadi böhran şəraitində ölkəmizdə quruculuq-abadlıq işlərinin, sosial layihələrin davam etdirilməsi prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.  

 

<br /><b>Warning</b>:  chmod() [<a href='function.chmod'>function.chmod</a>]: No such file or directory in <b>/var/www/html/azerishiq/admin_cp/js/tinymce/filemanager/upload.php</b> on line <b>87</b><br />DSC_9972

 

   Qeyd edilib ki,bir dövlət qurumu olaraq “Azərişıq” ASC də bu istiqamətdə öz  üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün təxirəsalınmaz və operativ tədbirlər həyata keçirir.

 

   Daha sonra Cəmiyyətin sədri toplantı iştirakçılarına ayrı-ayrılıqda  tövsiyyə və tapşırıqlarını verib.