• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq”dan daha bir yenilik

Paylaşma tarixi: 09 mart 2016


Biləsuvar rayonunda yeni ofis binası tikib istifadəyə verildi

 

    «Аzərişıq» ASC Region Elektrik Şəbəkələrində yenidənqurma işlərini davam etdirir. İstehlakçıların davamlı, etibarlı və təhlükəsiz elektrik enerjisi ilə təminatı üçün bütün zəruri tədbirlər həyata keçirilir. Bu istiqamətdə şəbəkələr üçün tikilmiş yeni binalar da xüsusi əhəmiyyət daşıyır. «Cənub» Regional Enerji Təchizatı və Satışı İdarəsi özrə yeni belə bir inzibati bina Biləsuvar rayonunda  tikilib istifadəyə verildi.

 

    Biləsuvar rayonunda "Azərişıq" ASC-nin yeni inşa olunmuş inzibati binası  əməkdaşların və həmin rayondan olan abonentlərin istifadəsinə verilib.   Ofis binasında elektrik şəbəkənin əməkdaşları üçün hər cür iş şəraiti yaradılıb. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərzə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.

 

    Fəaliyyət otaqlarından başqa burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb və lazımi vəsaitlərlə təchiz edilib. Yeni ofisdə səmərəli fəaliyyət üçün bütün şərait qurulub və mal-material, avtomobillərlə təchiz edilib. İnzibati binanın ətrafında abadlıq işləri də aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib.Hazırda “Azərişıq” tərəfindən aparılan tikinti-quruculuq işləri intensiv şəkildə davam etdirilir. Cari ilin sonuna kimi daha 20  rayonda yeni inzibati binalar inşa olunacaqdır.

 

    2015-ci  ildə Respublikamızın 18 rayonunda - Cəlilabad, Ağsu, Ucar, Siyəzən, Sabirabad və digər rayonlarda,cari ilin əvvəlində isə  Göyçay rayonu,Yevlax şəhəri və Nardaran qəsəbəsində yeni inzibati binalar tikilərək əməkdaşlar və həmin rayonlardan olan abonentlərin istifadəsinə verilmişdir.

 

    İlk günlərdən başlayaraq yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənərək müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi öz məntiqi nəticələrini verməkdədir. Aparılan yenidənqurma işləri rayonların elektrik enerjisi təchizatı sahəsində əsaslı dönüş yaradıb. Fiziki və mənəvi cəhətdən öz  istismar müddətini başa vurmuş transformatorlar yeniləri ilə əvəz edilib. Enerji itkisinə səbəb olan elektrik naqilləri dəyişdirilərək kabellərlə əvəz olunur. Çürümüş, yararsız vəziyyətdə olan ağac dirəklər dəmir-beton dirəklərlə əvəz olunur. Rayonların mərkəzində, kənd və qəsəbələrində enerji təchizatı günbəgün yaxşılaşır.

 

 

03_02_2016_1

 

03_02_2016_1

 

03_02_2016_1