• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Novruz Bayramı günlərində “Azərişıq” ASC yenidənqurma işlərini davam etdirib

Paylaşma tarixi: 28 mart 2016


      Bayram günlərində  istehalakçıların davamlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchizatı yüksək  səviyyədə həyata keçirilmişdir.  110; 35 və 10kV-luq yarımstansiyalarda, 110;35;10;0,4 kV-luq hava elektrik veriliş xətlərində,  “Azərişıq” ASC-nin  Regional  Enerji Təchizatı və Satışı İdarələrinin struktur tərkibinə daxil olan elektrik şəbəkələrinin xidməti ərazilərində elektrik enerjisi verilişində heç bir problem yaşanmamış, planlaşdırılmış  növbətçilik və xüsusi ayrılmış maşın-mexanizmlər bayram tədbirləri başa çatana qədər öz vəzifə borclarını layiqinçə yerinə yetirmişdirlər.  

 

 

 

 

 

 

 

 

 

 

   Regionlarda  yenidənqurma işləri  davam edir.    Bütün regionlarda olduğu  kimi  “Mərkəzi Aran” RETSİ-də də bu işlər yüksək templə davam etdirilir.

 

 

 

 

 

 

 

 

                                                                            

                “Mərkəzi Aran” RETSİ-nə daxil olan Mingəçevir, Goranboy, Naftalan, Tərtər, Bərdə, Ucar, Yevlax, Ağdaş, Göyçay, Ağsu Elektrik Şəbəkələrinin xidməti ərazilərində ötən bir il ərzində 8 ədəd 110 kV-luq yarımstansiya təmir olunaraq istismara verilib. Bundan başqa  45 ədəd 35 kV-luq yarımstansiyada təmir işləri görülmüşdür.  İstehlakçıların daha keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün 1636 ədəd TM və KTM əsaslı təmir edilərək saz hala gətirilib.   Xidməti ərazidə daha 177 ədəd yeni KTM quraşdırılıb.  Qəzalı  vəziyyətdə olan 3700 metr 35 kV-luq hava xətti tam yenilənib. Texniki itkiləri azaltmaq  üçün  istismara yararsız   04 kV-luq hava xətləri ÖİN-lə yenidən qurulmaqdadır.

 

 

 

 

 

 

 

 

              İdarənin  xidməti ərazilərində  bu günə qədər   9463 ədəd 10 kV-luq və 0,4 kV-luq   dayaq quraşdırılıb. İstehlakçıların elektrik enerjisindən istifadə zamanı yarana biləcək bütün sualları aradan qaldırmaq üçün ötən vaxt ərzində 8388 ədəd tam yeni tipli sayğac quraşdırılaraq istismara  verilib.

 

 

 

 

 

 

 

 

 

 

               Bundan başqa əməkdaşların rahat çalışmaları üçün bir neçə rayonda “Azərişıq” ASC-nin yeni ofisləri tikilib istifadəyə verilib. Ağsu, Ucar və Yevlax Elektrik Şəbəkələri üçün tikilən standart tipli modern binalarda hər cür texniki şərait də yaradılıb. Abonentlərin elektrik enerjisindən istifadə haqlarının ödənmsəi üçün bütün elektrik şəbəkələrində elektron ödəmə qurğuları quraşdıralaraq prosses asanlaşdırılıb. Bütün növ müraciətlərə baxılması üçün şəffaf prosedur qaydaları tətbiq edilib.

 

 

 

   

                                       

 

         “Azərişıq” ASC Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevnin tapşırığına əsasən, ölkə ərzaisində istehlakçıların keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etmək üçün səylə çalışır. Regionların sosial-iqtisadi inkişafında üzərinə düşən vəzifəni yüksək səviyyədə icra edərək əhaliyyə xidmətin şəffaflaşmasında əlindən gələni əsirgəmir.