• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Xızı rayonunda yeni ofis binası tikilib istifadəyə verildi

Paylaşma tarixi: 14 aprel 2016


     «Аzərişıq» ASC region elektrik şəbəkələrində yenidənqurma işlərini davam etdirir. İstehlakçıların davamlı, etibarlı və təhlükəsiz elektrik enerjisi ilə təminatı üçün bütün zəruri tədbirlər həyata keçirilir. Bu istiqamətdə şəbəkələr üçün tikilmiş yeni binalar da xüsusi əhəmiyyət daşıyır. “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsi üzrə yeni inzibati bina xızı rayonunda tikilib və abonentlərin istifadəsinə verildi.

 

 

 

 

 

 

 

     Ofis binasında elektrik şəbəkənin əməkdaşları üçün hər cür iş şəraiti yaradılıb. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.

 

     Fəaliyyət otaqlarından başqa burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb və lazımi vəsaitlərlə təchiz edilib. Yeni ofisdə səmərəli fəaliyyət üçün bütün şərait qurulub və mal-material, avtomobillərlə təchiz edilib. İnzibati binanın ətrafında abadlıq işləri də aparılıb. Yaşıllıq zolağı salınaraq ağaclar əkilib.Hazırda “Azərişıq” tərəfindən aparılan tikinti-quruculuq işləri intensiv şəkildə davam etdirilir. Cari ilin sonuna kimi daha 20 rayonda yeni inzibati binalar inşa olunacaqdır.

 

 

 

     2015-ci ildə Respublikamızın 18 rayonunda - Cəlilabad, Ağsu, Ucar, Siyəzən, Sabirabad və digər rayonlarda,cari ilin əvvəlində isə Göyçay,Biləsuvar,Şəki rayonları,Yevlax şəhəri və Nardaran qəsəbəsində yeni inzibati binalar tikilərək əməkdaşlar və həmin rayonlardan olan abonentlərin istifadəsinə verilmişdir.

 

     “Azərişıq” ASC yaranan gündən reablitasiya planına əsasən Xızı Elektrik Şəbəkəsində istehlakçiların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün 35;10(6);0,4 kV-luq şəbəkələrin yenidən qurulması,əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülüb.

 

     ”Şimal” RETSİ –nin Xızı Elektrik Şəbəkəsində “Azərişıq” ASC tərəfindən 2015-ci il ərzində öz daxili vəsaiti hesabına 7,99 km uzunluğunda SİP kabel çəkilmiş, müasir tipli müxtəlif güclərdə 13 ədəd yeni KTM-lər quraşdırılmış və şəbəkəyə qoşulmuşdur. 498 ədəd 0,4 kV-luq dayaq basdırılmış, 341 ədəd sayğac quraşdırılmışdır.

 

     10 kV-luq Xələnc, Tıxlı və 6 kV-luq Sitalçay hərbi hissə hava xətlərində yenidənqurma işləri aparılmışdır. 0.645 km SİP kabel çəkilmiş, 2 ədəd transformatorlar quraşdırılmışdır,1 ədəd 35 kV-luq dayaq basdırılmış, 21 ədəd 35 kV-luq dayaq rənglənmişdir, 482 ədəd 6-10 kV-luq dayaq basdırılmış, 378 ədəd 6-10 kV-luq dayaq rənglənmişdir, 72 ədəd 0,4 kV-luq dayaq basdırılmış, 135 ədəd 0,4 kV-luq dayaq rənglənmişdir.

 

     01.01.2016 – 30.03.2016-cı il tarixinədək 1,8 km SİP kabel çəkilmiş, 20 ədəd 0.4 kV-luq dayaq basdırılmışdır, 0,75 km SİP kabel çəkilmiş, 51 ədəd sayğac quraşdırılmışdır,19 ədəd 6-10 kV-luq dayaqlar basdırılmış, 24 ədəd 6-10 kV-luq dayaqlar rənglənmişdir, 39 ədəd 0,4 kV-luq dayaq basdırılmış, 26 ədəd 0,4 kV-luq dayaqlar rənglənmişdir, 3 ədəd transformator təmir olunmuşdur.

 

     2016-cı ildə Xızı rayonu ərazisində ümümi uzunluğu 44 km təşkil edən 35 kV-luq “Quşçuluq-2” və “Altıağac-Siyəzən” hava xətlərinin, 6-10 kV-luq ümumi uzunluğu 69,4 km olan, Baxışlı, Şurabad,Ağdərə,Bəyəhmədyurd, Altıağac hava xətlərinin əsaslı təmiri planlaşdırılmış,15 ədəd yeni KTM-in quraşdırılması və 21 km-ə yaxın yeni ÖİN (SİP) xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur.

 

     2016-2025-ci illərin planında 110/10 kV-luq “Xəzri”,35/10 kV-luq “Xızı” və 35/6 kV-luq “Şurabad” yarımstansiyalarının yenidən qurulması nəzərdə tutulur.

 

              

 

     İlk günlərdən başlayaraq yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənərək müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi öz nəticələrini verməkdədir. Aparılan yenidənqurma işləri rayonların elektrik enerjisi təchizatı sahəsində əsaslı dönüş yaradıb. Fiziki və mənəvi cəhətdən öz istismar müddətini başa vurmuş transformatorlar yeniləri ilə əvəz edilib. Elektrik enerjisi itkisinə səbəb olan elektrik naqilləri dəyişdirilərək kabellərlə əvəz olunur. Çürümüş, yararsız vəziyyətdə olan ağac dirəklər dəmir-beton dirəklərlə əvəz olunur. Rayonların mərkəzində, kənd və qəsəbələrində enerji təchizatı günbəgün yaxşılaşır.