• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

XIRDALAN ENERJİ TƏCHİZATI VƏ SATIŞ İDARƏSİNDƏ (ETSİ) ELEKTRİK TƏSƏRRÜFATI YENİDƏN QURULUR

Paylaşma tarixi: 28 aprel 2016


    “Azərişıq” ASC Abşeron rayonunun qəsəbələrinin elektrik şəbəkələrində yenidənqurma işlərini davam etdirir. “Azərişıq” ASC yaradıldıqdan sonra rayonun kənd və qəsəbələrindəki elektrik şəbəkələrinin mövcud vəziyyətinin qısa müddətdə hərtərəfli təhlili aparılaraq ölkənin sosial-iqtisadi inkişafı strategiyasına uygun olaraq istehlakçıların etibarlı və dayanıqlı elektrik təchizatı məqsədi ilə “İnkişaf və Yenidənqurma Proqramı” hazırlanaraq icrası uğurla həyata keçirilir.Hazırda bütün qəsəbələrdə növbə  ilə istismar müddəti başa çatmış transformatorların yenilənməsi, müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi gedir.Bu işlərlə yanaşı uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşmüş və texniki parametrlərini itirmiş alüminium naqillər özünü daşıyan izolyasiyalı naqillərlə (ÖİN) dəyişdirilir.Bu tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər normadan artıq elektrik enerjisi itkilərinin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.”Azərişıq” ASC istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün yenidən qurma,əsaslı və cari təmiri istiqamətində  xeyli işlər görüb.

 

                           

 

    ”Azərişıq” ASC-nin daxili vesaiti hesabina 2015-ci il aprel ayından 2016-cı il aprel ayına qədər olan tarixdə Xırdalan ETSİ –nin xidməti əraziləri olan Xırdalan şəhərində, Masazır, Hökməli, Qobu ,Aşağı Güzdək, Müşviqabad və 28 May qəsəbəsində, Qobustan və Cəngi kəndində, Mexkalon yaşayış sahəsində xeyli işlər görülüb.Xırdalan şəhərində 1 ədəd 100 kva, 3 ədəd 400 kva, 1 ədəd 630 kva ,Masazır qəsəbəsində 1 ədəd 250 kva ,10 ədəd 450 kva, 7 ədəd 630 kva ,1 ədəd 1000 kva ,Mexkalon yaşayış sahəsində 1 ədəd 400 kva ,Hökməli qəsəbəsində 1 ədəd 250 kva ,5 ədəd 400 kva, 3 ədəd 630 kva,Qobu qəsəbəsində 3 ədəd 250 kva, 4 ədəd 400 kva, Müşviqabad və 28 May qəsəbələrində 3 ədəd 250 kva, 1ədəd 400 kva, Aşağı güzdək qəsəbəsində 2 ədəd 250 kva, 2 ədəd 400 kva ,Qobustan kəndində 1ədəd 1000 kva ,Cəngi kəndində 1 ədəd 250 kva, 1 ədəd 400 kva gücündə cəmi 52 ədəd transformator quraşdırılmış,15 ədəd müxtəlif güclü transformatorların gücləri artırılaraq yenisi ilə əvəzlənmişdir.

 

                           

 

Xırdalan şəhərində 14 ədəd 10 kV-luq 1 dövrəli metal dayaq basdırılmışdır. 103 ədəd ŞF-10 izolyator quraşdırmaqla 7780 metr istismara yararsız AS-50 və 2150 metr AS-70 naqil yenisi ilə əvəzlənmişdir.1361 metr müxtəlif ölçülü 10 kV-luq XLPE, 319 metr 0,4 kV-luq AVVQ və 1460 metr SİP kabel istifadə edilmişdir.

 

Masazır qəsəbəsində 17 ədəd 10 kV-luq bir-dövrəli metal, 7 ədəd beton dayaq, 25 ədəd 10 kV-luq iki-dövrəli metal dayaq basdırılmışdır.501 ədəd ŞF-10 izolyator quraşdırmaqla 18230 metr istismara yararsız AS-50 naqil yenisi ilə əvəzlənmişdir.483 metr müxtəlif ölçülü 10 kV-luq XLPE, 28 metr 0,4 kV-luq AVVQ və 865 metr SİP kabel istifadə edilmişdir.

 

      

 

 

Hökməli qəsəbəsində 363 ədəd ŞF-10 izolyator quraşdırmaqla 13320 metr istismara yararsız AS-50 və 600 metr AS-70 naqil yenisi ilə əvəzlənmişdir.362 metr müxtəlif ölçülü 10 kV-luq XLPE, 150 metr 0,4 kV-luq SİP kabel istifadə edilmişdir.

 

Qobu qəsəbəsində 47 ədəd 10 kV-luq vbir dövrəli metal basdırılmışdır.507 ədəd ŞF-10 izolyator quraşdırmaqla 14640 metr istismara yararsız AS-50 naqil yenisi ilə əvəzlənmiş ,70 metr 0,4 kV-luq müxtəlif ölçülü SİP kabel istifadə edilmişdir.

 

Aşağı Güzdək qəsəbəsində 50 ədəd 10 kV-luq bir-dövrəli, 136 ədəd beton dayaq, 27 ədəd 10 kV-luq iki- dövrəli metal dayaq basdırılmışdır.1058 ədəd ŞF-10 izolyator quraşdırmaqla 18540 metr istismara yararsızAS-50 və 300 metr AS-95 naqiı yenisi ilə əvəzlənmişdir.1500 metr müxtəlif ölçülü 10 kV-luq XLPE ,50 metr 0,4 kV-luq kabel istifadə edilmişdir.Ümumilikdə sayğac quraşdırmaya 9180 metr 0,4kV-luq SİP kabel və 7190 ədəd sayğac istifadə olunmuşdur. İstehlakçıların davamlı, etibarlı və təhlükəsiz elektrik enerjisi ilə təminatı üçün bütün zəruri tədbirlər həyata keçirilir.Abşeron  rayonunun elektrik şəbəkələrində görülən işlərin məqsədi ən müasir standartlara cavab verən elektrik enerji təminatını  və nümunəvi xidməti yaratmaqdır.