• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

"Azərişıq" ASC-dən daha bir yenilik

Paylaşma tarixi: 18 may 2016


     "Azərişıq" ASC mobil telefon istifadəçiləri üçün yeni bir xidməti abunəçilərinin istifadəsinə verdi.

 

     Daim texnoloji yenilikləri ilə fərqlənən "Azərişıq" ASC abonentlərə yüksək səviyyəli xidmət göstərmək məqsədilə yeni bir layihəyə start vermişdir.

 

     Bu layihə ios və android tipli mobil istifadəçilərinin marağına səbəb olmuşdur.

 

Belə ki, "Azərişıq" tətbiqi mobil istifadəçilərin rahat şəkildə
- Elektrik enerjisi sərfiyyatlarını görməyə;
- Elektrik enerjisinə görə aylıq fakturaları izləməyə;
- Elektron müraciyət etməyə;
- Elektrik enerjisi borcunu online ödəməyə;
- Smart sayğac istifadəçilərinin online balanslarını öyrənməyə;
- Smart sayğacının balansını artırmağa kömək edir.

Qeyd edək ki , proqram 3 dildə istifadəyə verilmişdir: Azərbaycan, Rus və İngilis dillərində. “Azərişıq” proqramını “PlayStore” və "IOS Apple Store"-dan ödənişsiz yükləyə bilərsiniz.

Yükləmə linkləri:

IOS Apple Store https://itunes.apple.com/ca/app/az-ris-q/id1107505249?mt=8

 

Android Playstore https://play.google.com/store/apps/details?id=az.hb.azerishiq