• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC Qəbələ şəhərində yeni inşa edilmiş 35 kV-luq yarımstansiya və ofis binasını istifadəyə verdi

Paylaşma tarixi: 20 may 2016


     Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı həyatımızın bütün sahələrində  olduğu kimi  elektroenergetika sistemində də öz əksini tapıb. Ölkə başçısı tərəfindən aparılan uğurlu sosial-iqtisadi siyasət elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunması üçün əlverişli şərait yaradıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqları əsasında “Azərişıq” ASC  istehlakçıların keyfiyyətli, etibarlı və təhlükəsiz  elektrik enerjisi  təminatı məqsədilə  yenidənqurma və əsaslı təmir-tikinti işlərini davam etdirir.

 

 

     May ayının 20-də Qəbələ şəhərində “Azərişıq”ASC-nin daxili vəsaiti hesabına  yeni inşa edilmiş 35/10 kV-luq  2x10MVA “Qəbələ” yarımstansiyası və  ofis binası   istifadəyə verildi. Bu  yarımstansiya Qəbələ şəhərinin  elektrik enerjisinin dayanıqlılığını tam təmin edəcəkdir.

 

 

     Yarımstansiya müasir elektrik  avadanlıqlarla  təchiz olunub. Qapalı şəraitidə fəaliyyət göstərəcək yarımstansiyada bütün təhlükəsizlik tədbirləri ilə  üçün hər cür  şərait vardır.

 

     Qəbələ Elektrik Şəbəkəsinin əməkdaşlarının səmərəli iş fəaliyyəti üçün iki mərtəbədən ibarət ofis binasında  səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb,xidmətlər  energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərzə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün xüsusi otaqlar yaradılıb.

 

   Fəaliyyət otaqlarından başqa burada  yemək və istirahət otaqları da yaradılıb. Qəbələ Elektrik Şəbəkəsinin nəqliyyat təsərrüfatı da yenidən qurulub və yeni inzibati binanın həyətində avtomobilərin təmiri  üçün də şərait yaradılıb. İnzibati binanın ətrafında abadlıq işləri  aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib. Binanın işıqlandırma sistemi axşam saatlarında əraziyə xüsusi yaraşıq verir.

 

20_05_2016_4

 

    Hazırda “Azərişıq” ASC tərəfindən regionlarda yenidənqurma işləri sürətlə davam etdirilir. 2016-cı il ərzində daha bir neçə rayonda abonentlərə xidmət göstərən bu cür yeni tipli ofislər tikilərək istifadəyə veriləcək.

 

 

 

 

     Yeni yarımstansiyanın istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edən “Azərişıq” ASC rəsmisi son illər ölkənin hər yerində elektrik enerjisi təchizatı sisteminin yenidən qurulduğunu,rayon,şəhər,qəsəbə və kəndlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı istiqamətində məqsədyönlü işlər aparıldığını dilə gətirdi. Qeyd etdi ki,yaşayış məntəqələrinin,yeni açılan iş yerlərinin sürətli templərlə səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təmin olunması xalqın rifah halının daha da yaxşılaşmasına xidmət edir və şəbəkələrdə həyata keçirilən işlər bundan sonra da davam etdiriləcəkdir.     35 kV-luq “Qəbələ” yarımstansiyası SCADA sisteminə goşulmuşdur.

 

 

 

Tanriverdi Mustafayev

MEDIA ADVISOR

"AZƏRİŞİQ" ASC

13, Bakikhanov Street

Azerbaijan, Baku AZ 1008

Tel: (994 12) 565 05 78

Tel: (994 12) 440 39 93 (ext. 2726)

GSM: 050 225 08 06

Fax: (994 12) 565 05 78

E-mail: TanriverdiMustafayev@bes.az

Website: www.bes.az   www.azerishiq.az