• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Cənub RETSİ yay mövsümü üçün təhlükəsizlik tədbirlərini gücləndirib

Paylaşma tarixi: 11 iyul 2016


     “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində elektrik  təchizatında illərlə yığılıb qalmış problemləri tamamilə aradan qaldırmağa nail olub. Regionun ən keçilməz dağlıq hissələrində müasir tipli paylayıcı şəbəkələri qurmaqla istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təminatı yaradılıb.  Respublikamızın cənub bölgəsinin iqlimi  yay  mövsümündə daha çox yağış-külək, leysan-sel suları ilə müşahidə olunduğundan tədbirlər planı hazırlanaraq qabaqlayıcı işlər həyata keçirilib.

 

 

     Astara EŞ-nin 35/110 kV-luq “Ərçivan” y/st-da ildırımötürücü qurğular, torpaqlayıcı konturları yoxlanılaraq gücləndirilib.  Əsasən rayon mərkəzini qidalandıran 10 kV-luq I və II Şəhər hava xətlərində 60 ədəd yeni dayaq basdırılaraq 3 km məsaəfədə  yenidənqurma işləri aparılıb.  Rayonun 10 kV-luq Lovain hava xətti sel suları nəticəsində yararsız hala düşdüyündən ləğv edilərək yeni hava xətti çəkilib.” Çay fabriki” yarımstansiyadan qidalandırılan  götürülən 1 km uzunluğunda yeni qidalandırıcı xətt bu gün Lovain kəndini dayanıqlı və tam təhlükəsiz elektrik enerjisi ilə təmin edir.

 

 

 

     Lənkəran EŞ-də də bu cür təhlükəsizlik tədbirləri həyata keçirilərək enerji ötürücüləri yüksək həddə sazlanıb. 110 kV-luq I və II Lənkəran budaqlanma hava xətlərində  6,5 km məsafədə ildırımötürücü troslarda qüsurlar aradan qaldırılmışdır.

 

     Dağlıq ərazi olan Lerik rayonunda  keçən əsrin 1960-ci illərində  çəkilmiş hava xətlərində  təhlükə hədləri daha böyük olduğundan buradakı 35 kV-luq Hamarat xəttində  əsaslı  təmir işləri aparılıb. 10 kV-luq Nsodi budaqlanma hava xətti də daxil olmaqla torpaq sürüşmələrindən zərər görmüş 15-dən yuxarı dayaq  dəmir-beton  və  anker yeni  dayaqlarla əvəz olunub.

 

     Yardımlı, Masallı, Hacıqabul Elektrik şəbəkələrində də   yay  mövsümü ilə bağlı bu cür təhlükəli məqamlar dərindən öyrənilərək mövcud qüsurlar tamamilə aradan qaldırılıb. Kür çayının və bir çox dağ çaylarının yaratdığı sel suları nəticəsində təhlükəli hesab olunan ərazilərdə optimal qərarlar verilərək hava xətlərinin istiqaməti dəyişdirilərək elektrik enerjisi təminatının dayanıqlığı normallaşdırılıb.

 

              

     Ümumilikdə,  Cənub  RETSİ-nin  xidməti ərazilərində  12 yarımsatansiyada yoxlama-təmir işləri aparılıb, dağlıq ərazilərdən keçən bütün hava xətləri sazlanaraq ən işlək vəziyyətə gətirilib. 247 dayaq dəyişdirilərək dəmir-beton dayaqlarla əvəz olunub. 500-dən  çox izalyator quraşdırılıb və 74 km köhnə naqil yenilənib. Xidməti ərazidə quraşdırılan KTM-lərin təhlükəsizlik şəraiti daim diqqətdə saxlanılaraq tələb olunan digər yerlərdə də yeni paylayıcı şəbəkələrin quraşdırılması davam etdirilir.

 

     Cənub RETSİ üzrə   yay mövsümü ilə bağlı fors-major hallarının mövcud olacağı ərazilər nəzərə alanaraq  qəza xidməti briqadalarının mobil fəaliyyəti də təmin edilib. Qəza xidməti üçün bacarıqlı mütəxəssislərin cəlb edilməsi, texniki  təminatı yüksək səviyyədə qurulub. 

 

     Hazırda bütün regionlar üzrə yenidənqurma işləri davam edir.  “Azərişıq” ASC Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevnin tapşırığına əsasən, ölkə ərzaisində istehlakçıların keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etmək üçün səylə çalışır. Regionların sosial-iqtisadi inkişafında üzərinə düşən vəzifəni yüksək səviyyədə icra edərək əhaliyyə xidmətin şəffaflaşmasında da əlindən gələni əsirgəmir.

 

 

 

“Azərişıq” ASC-nin Mətbuat Xidməti