• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Yeni tariflərin tətbiq edilməsi ilə bağlı “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər haqqında Məlumat

Paylaşma tarixi: 15 iyul 2016


2016-cı il 14 iyul tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. İclasda elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilmişdir.

 

Enerji təchizatında dayanıqlılığın və istehlakçılara keyfiyyətli xidmətin təmin edilməsi, paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilmişdir.

 

Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvədədir. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar isə əvvəlki tariflə ödəniləcəkdir.

 

Tarif Şurasının qərarının icarası ilə bağlı “Azərişıq” ASC tərəfindən aşağıdakı tədbirlər görülür:

 

15.07.2016-cı il tarixdən, saat 24:00 radələrindən etibarən  sərhəd alış nöqtələrindəki sayğaclar oxunmuşdur.  Bütün qeyri-əhali abonenlərin sayğac göstəcilərinə dair məlimatlar bu gün başa çatdırılacaqdır. Əhali abonentlərində tarif dəyişikliyi isə sistem tərəfindən proqram təminatı ilə həyata keçirilmişdir. Proqram təminatı vasitəsiylə 15.07.2016 tarixinədək  olan elektrik enerji borcları 6 qəpikdən hesablanmışdır.

15.07.2016 tarixindən sonraki serfiyyatlar yeni enerji tarifinə uyğun olaraq 7 qəpikdən hesablanacaqdır.  Eyni zamanda, Smart tipli sayğaclar quraşdırılmış abonentlərin istifadə etdiyi elektrik enerjisinin dəyəri proqram təminatı vasitəsilə 15.07.2016 tarixindən etibarən yeni tarifə avtomatik olaraq  keçirilib. Əvvəlcədən ödənişli Smart tipli sayğacların balansda olan pul vəsaiti 15.07.2016 tarixindən etibarən yeni tarif əsasında hesablanacaqdır. 

 

Qərar Tarif (qiymət) Şurasının rəsmi internet saytında (www.tariff.gov.az ) yerləşdirilmişdir.

Qaynaq: http://www.tariff.gov.az/?/az/news/view/142/