• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq”ASC İsmayıllı rayonunda yenidənqurma işlərini davam etdirir

Paylaşma tarixi: 25 iyul 2016


     Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı həyatımızın bütün sahələrində  olduğu kimi  elektroenergetika sistemində də öz əksini tapıb. Ölkə başçısı tərəfindən aparılan uğurlu sosial-iqtisadi siyasət elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunması üçün əlverişli şərait yaradıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqları əsasında “Azərişıq” ASC  istehlakçıların keyfiyyətli, etibarlı və təhlükəsiz  elektrik enerjisi  təminatı məqsədilə  yenidənqurma və əsaslı təmir-tikinti işlərini davam etdirir.

    Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan İsmayıllı  Elektirik Şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün 110-35-10(6)-0.4 kV-luq şəbəkələrin yenidən qurulması , əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülmüşdür. 

 

25_07_2016_1

 

İsmayıllı  EŞ-nin xidməti ərazisində ümumi uzunluğu 47.3 km olan 110 kV-luq İsmayıllı h/x tam şəkildə yenidən qurulmuş, 110 kV-luq  İsmayıllı h/x-nin uzunluğu 4.8 km olan Qubaxəlilli budaqlanmasında  ağac dayaqlar dəmir beton dayaqlarla əvəz edilmişdir.

 

image004_1

         110/10 kv-luq Qubxəlilli ,35/10 kv-luq İvanovka , 35/10 kv-luq Basqal, 35/10 kv-luq Girdimançay y/s-st-da tr-tor və avadanlıqlar əsaslı və cari təmir edilmişdir.

 

25_07_2016_5

         35 kv-luq Basqal h/x-də 2.5 km əsaslı  təmir işləri aparılmış 8 ədəd dayaq yenisi ilə əvəz edilmişdir.10 kV-luq EVX-də 52.3 km məsafədə əsaslı və cari təmir işləri aparılmışdır.

        Təmir işləri zamanı 354 ədəd 10 kV-luq dayaq quraşdırılmış və 10.2 km məsafədə naqil dəyişdirilmişdir. 

 

25_07_2016_6

 

        O cümlədən 10 kv-luq Qafqaz h/x-də 73 ədəd, Yeniyol h/x-də 42 ədəd, H.Aslanov h/x-də 75 ədəd, Ə.Bayramov h/x-də   121 ədəd, A.Ələsgər h/x-də 15 ədəd, Talış h/x-də 35 ədəd, Talıstan h/x-də 12 ədəd, Qəsəbə h/x-də 3 ədəd, Xəstəxana h/x-də 8 ədəd, Mican h/x-də 6 ədəd, Quşçuluq h/x-də 21 ədəd, Kalva h/x-də 6 ədəd, Basqal -1 h/x-də 8 ədəd, Quşencə h/x- də 23 ədəd, Xanlar h/x-də 17 ədəd, Şərabzavod h/x-də 10 ədəd dayaq dəyişdirilib.0.4 kV-luq EVX-də  41.9 km məsafədə əsaslı və cari təmir işləri aparılmışdır. 195 ədəd 0.4 kV-luq dayaq quraşdırılmış . 10/0.4 kV-luq tr-r y/st-dan 13 ədəd əsaslı 163 ədədi  cari təmir edilmişdir.

 

25_07_2016_7

 

        Kəndlərdə 1.8 km çılpaq naqil SİP kabellə əvəz edilmişdir.Ümumilikdə rayon ərazisində 31 ədəd yeni KTM quraşdırılmışdır.

 

25_07_2016_8

 

        20 ədəd KTM quraşdırılması da nəzərdə tutulub. (Basqal kəndində bir ədəd 630 kVA-lıq, 2 ədəd 400 kV-lıq, bir ədəd 250 kV-lıq KTM quraşdırılıb. Bir ədəd 400 kVA-lıq KTM quraşdırılıması nəzərdə tutulub). 

        Xanagah,Qurbanəfəndi,İsmayıllı,Tircan kəndində və Basqal qəsəbəsində 30.1 km SİP xətt çəkilmişdir və 1163 ədəd yeni dəmir dayaq quraşdırılmışdr. Şəbəkənin yenidən qurulması istiqamətində işlər davam etdirilir.

 

25_07_2016_9

 

        İyul ayının 22-də İsmayıllı rayonunda  “Azərişıq”ASC-nin daxili vəsaiti hesabına  yeni inşa edilmiş   ofis binası   istifadəyə verildi.

 

25_07_2016_10

 

     İki mərtəbədən ibarət ofis binasında  səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərzə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün xüsusi otaqlar yaradılıb.  Elektrik Şəbəkəsinin nəqliyyat təsərrüfatı da yenidən qurulub. İnzibati binanın ətrafında abadlıq işləri  aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib. Binanın işıqlandırma sistemi axşam saatlarında əraziyə xüsusi yaraşıq verir.

 

1213235456754546

 

        Yeni  inşa edilmiş   ofis binasının   istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edən Ismayıllı Rayonu İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və “Azərişıq” ASC sədrinin müavini Vüqar ƏHMƏDOV son illər ölkənin hər yerində elektrik enerjisi təchizatı sisteminin yenidən qurulduğunu,rayon,şəhər,qəsəbə və kəndlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı istiqamətində məqsədyönlü işlər aparıldığını qeyd etdilər. Bildirildi ki, yaşayış məntəqələrinin,yeni açılan iş yerlərinin səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təmin olunması, şəbəkələrdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.  

    Hazırda “Azərişıq” ASC tərəfindən regionlarda yenidənqurma işləri sürətlə davam etdirilir. 2016-cı il ərzində daha bir neçə rayonda abonentlərə xidmət göstərən bu cür yeni tipli ofislər tikilərək istifadəyə veriləcək.   

 

25_07_2016_12

 

 

“ AZƏRİŞIQ ” ASC-nin MƏTBUAT XİDMƏTİ