• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Paylayıcı Elektrik Şəbəkələrində islahatların 10 ili

Paylaşma tarixi: 09 avqust 2016


 Paylayıcı Elektrik Şəbəkələrində islahatların 10 ili

 

10 avqust 2016-cı il.

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Bakı şəhərində elektrik təsərrüfatı dövlət nəzarətinə qaytarıldıqdan sonra bu sahədə islahatlar uğurla gedir”

İlham Əliyev

Azərbaycan Republikasının Prezidenti 2007

 

 

Əminəm ki ”Azərişıq ASC yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə çatdıracaqdır”

İlham Əliyev

Azərbaycan Republikasının Prezidenti 2015

 

 

Bu il (2016-cı il) Respublikamızda paylayıcı elektrik şəbəkələrində islahatlara başlanmasının 10 ili tamam olur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 avqust 2006-cı il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə”ASC-nin fəaliyyəti bərpa edilməklə elektrik paylayıcı şəbəkələrdə islahatlara start verilmişdir.

Ötən müddətdə dövlət rəhbərinin müvafiq tapşırıqlarına əsasən sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri elektrik təsərrüfatında ölkənin sürətli sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq yenidənqurma işləri həyata keçirilib.

Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildəki 3 048 MVA-dan 2016-cı ilə 6 200 MVA-ya qaldırılıb.

Texniki itkilər 16,9%-dən 7,8% endirilib.

Güc defisiti və ifrat yüklənmələr aradan qaldırılıb.

Bakı şəhərində, eləcədə Respublikamızda ilk dəfə 110 kV-luq dairəvi elektrik təchizat sistemi yaradılıb.

İstehlakçıların fasiləsiz, dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatı təmin edilib.

Ötən müddətdə Bakı şəhəri beynəlxalq səviyyəli ən mötəbər tədbirlərə ev sahibliyi edib ki, digər xidmət sahələri kimi Bakı şəhəri elektrik şəbəkəsi də istehlakçılara beynəlxalq standarta uyğun səviyyədə xidmət etməyə qadir olduğunu göstərilib.

Elektrik paylayıcı şəbəkələrdə islahatların növbəti mərhələsi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə”ASC-nin adı dəyişdirilərək “Azərişıq”ASC adlandırılmaqla Azərbaycan Respublikası ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi “Azərişıq”ASC-yə həvalə edilmişdir.

 

       

 

 

                                                             

2006-cı ildən etibarən Bakı və Bakıətrafı qəsəbələrdə dövlət büdcəsi və daxili imkanlar hesabına görülmüş yenidənqurma işləri tamamilə özünü doğrultmuşdur. Belə ki,  yeni yarımstansiyalar inşa edilmiş, möcud yarımstansiyalar yenidən qurulmuş və rekonstruksiya olunmuşdur. Şəbəkənin normal fəaliyyəti üçün yeni texnoloji avadanlıqlar tətbiq olunmuşdur. Yeni transformator məntəqəsi və komplekt transformator məntəqələri tikilmiş və əsaslı təmir olunmuş, yeni elektrik veriliş xətləri çəkilmişdir.  Şəhərin bir çox yerlərində 110 və 35 kV-luq hava xətləri kabel xətləri ilə əvəz olunmuşdur. 0,4 kV-luq hava xətləri müasir tipli özünü daşıyan izolyasiyalı naqillərlə (ÖİN) yenidən qurulmuşdur.

Nəticədə texniki itkilərin səviyyəsi aşağı salınmış, şəbəkənin ifrat yüklənməsi halları aradan tam qaldırılmışdır.

 

                                                             

 

Bir ildən artıqdır ki, “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə fəaliyyət göstərir. Hazırda abunəçilərimiz“Asan xidmət” mərkəzlərində bir çox xidmətlərdən yararlana bilirlər.

                                                             *    *       *

Son 10 ildə paylayıcı şəbəkələrdə aparılan islahatların önəmini artıran işlərdən biri də cənab Prezidentin xüsusi tapşırığına əsasən yeni tipli qapalı yarımstansiyalarının tikintisidir. Bu yarımstansiyalar memarlıq və texnoloji avadanlıq baxımdan qabaqcıl Avropa ölkələrindən geri qalmır, əksinə öndədir.

 

 

 

 

 

 

 

Ötən 10 il ərzində Paylayıcı Elektrik Şəbəkələri üzrə həyata keçirilən işlərin ümumi statistikası ( Bakı və regionlar üzrə):

  110 kV-luq yarımstansiyaların tikintisi – 30 ədəd

  110 kV-luq Kabel Xətlərinin  çəkilişi – 226,9 km

  110 kV-luq hava xəttinin  çəkilişi – 225,5 km

  35 kV-luq yarımstansiyaların tikintisi – 103 ədəd

  35 kV-luq kabel xətinin  çəkilişi – 2 069,6 km

  35 kV-luq hava xəttinin  çəkilişi – 917,7 km  

  Tikilmiş Transformator Məntəqəsi və Komplekt Transformator Məntəqələri – 3 054 ədəd

  Əsaslı Təmir edilmiş Transformator Məntəqələri – 874 ədəd

  6/10 kV-luq kabel xəttinin  çəkilişi – 7 014.4 km

  6/10 kV-luq hava xəttinin  çəkilişi – 4 399,6 km

  0,4 kV-luq kabel xəttinin  çəkilişi – 3 729,8 km

  0,4 kV-luq hava xəttinin  çəkilişi – 2 308,4 km

  ÖİN xətlərinin çəkilişi – 15 365,4 km

  Quraşdırılmış dayaqların sayı – 384 870 ədəd

  Yeni tip elektron sayğacların quraşdırılması – 1 324 804 ədəd 

 

  Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ilə görə 3048 MVA-dan 2016-cı ilə 6200 MVA-ya qaldırılıb.

  Bakı şəhəri üzrə texniki itkilər 16,9%-dən 7,8%-ə endirilib.

  “Azərişıq”ASC-nin regional elektrik şəbəkələri üzrə texniki itkilər 2016-cı ilin 6 ayının yekunlarına görə 10,4%-ə endirilib.

  Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq”ASC yarandığı 2015-ci ilin əvvəlinə 9 500 MVA-dan 2016-ci ilin I yarımilliyinə 11 111 MVA-ya qaldırılıb. 2016-cı ilin sonuna 12 561 MVA təşkil edəcəkdir.

  Faydalı elektrik enerjisinə görə yığım Respublika üzrə 87%, o, cümlədən Bakı şəhəri üzrə 98,3% təşkil edir.

  İşçilərin orta aylıq əmək haqqları 2006-cı ildə 340 AZN, 2016-cı ildə 625 AZN, o, cümlədən Bakı regionu üzrə 570 AZN, Respublikanın rayonları üzrə 418 AZN təşkil edir.

  Vergi öhdəlikləri tamamilə yerinə yetirilmişdir.

                                                                  

 

         

 

 

 

 

 

 

 

 

 “Azərişıq” ASC öz missiyasını – istehlakçıların dayanıqlı, fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsini daim şərəflə yerinə yetirir. Dövlətimizin dəstəyi ilə “Azərişıq” ASC kollektivi kənd, qəsəbə və  respublikamızın rayon və şəhərlərində paylayıcı elektrik şəbəkələrinin bərpası və yenidənqurma işlərini yaxın gələcəkdə uğurla həyata keçirəcəkdir.