• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə xidmət əhatəsini genişləndirir

Paylaşma tarixi: 25 avqust 2016


      “Azərişıq” ASC yaradıldığı ilk gündən başlayaraq regional şəbəkələrin yenidənqurulması və yeni texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər, onların idarə edilməsi, normativlərə əmal olunması, yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Bu istiqamətdə əhaliyə xidmət səviyyəsinin günbəgün artırılması qarşıya məqsəd kimi qoyulub.

 

      Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq sosial sferada ən qabaqcıl layihələrin həyata keçirilməsi, vətəndaşların rahatlıq və rifahı üçün ən modern üsullardan istifadə edilir.

 

 

      Abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə onlara yüksək səviyyəli xidmət göstərilməsi üçün ASC tərəfindən daim yeniliklər həyata keçirilir. "Azərişıq" ASC “ASAN xidmət” mərkəzləri ilə 2 ildən artıq müddətdə fəaliyyət göstərməkdədir. Hal-hazırda Bakı şəhərində 1,2,3,4,5 saylı “ASAN xidmət” mərkəzlərində və regionlarda Sumqayıt, Sabirabad və Bərdə “ASAN xidmət” mərkəzlərində  “Azərişıq” ASC-nin fəaliyyəti davam etdirilir. Müraciət edən abonentlərimizin keyfiyyətli və sürətli xidmətlərimizdən məmnunluğu, müraciətlərin çoxluğu nəzərə alınaraq göstərilən xidmətin əhatəsini daha da genişləndirmək məqsədi ilə 2016-ci ilin avqust ayından etibarən Gəncə və Qəbələ “Asan Xidmət” mərkəzlərində də xidmətə start verilib. Artıq qeyd edilən mərkəzlərdə abonentlərimiz “Azərişıq” ASC-nin göstərdiyi xidmətlərdən faydalana bilərlər.

 

17_02_2016_1

 

Hazırda “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə vətəndaşlara:

 

-Borcun olmamasına dair arayışın verilməsi,

-Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi,

-Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması,

-Qeyri əhali üzləşmə aktların verilməsi.

-Borcun araşdırılması xidmətlərini göstərir.

 

 

      “Azərişıq” ASC-nin “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə göstərdiyi xidmətlərdən yararlanmaq üçün göstərilmiş ünvanlara həftəiçi səhər saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə  səhər saat 10:00-dan 17:00-dək müraciət etmək mümükündür. Yuxarıda sadalanan və bu kimi digər xidmətlər “Azərişıq” ASC-nin elektron saytı üzərindən online qaydada da həyata keçirilir.

 

 

      “Azərişıq” ASC elektrik enerjisi haqlarını ödənilməsində də köhnə sterotiplərin aradan qaldırılmasına çalışır. Bu istiqamətdə istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparılır. Əyani vəsait və sosial reklam çarxları hazırlanır. Abonentlərə tövsiyyə olunur ki, dövrün ən son texnoloji nəaliyyətlərindən istifadə edərək elektrik enerjisinə görə ödəmələri “Azərişıq”ASC-nin Regional Enerji Təchizatı və Satışı İdarələrində, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində həyata keçirsinlər. Bundan başqa internet üzərindən azerishiq.az saytı vasitəsilə “onlayn” rejimdə də ödəmə aparıla bilər.