• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunublar

Paylaşma tarixi: 27 mart 2017


“Azərişıq” ASC Novruz Bayramı günlərində ehtiyat tədbirlərini gücləndirərək istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatını tam təmin etmişdir

 

       ASC-nin Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilmişdir. Qeyri iş günləri bayram tədbirlərinin keçirildiyi yerlər fasiləsiz elektrik enerjisi ilə təchiz olunmuş,  baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınması hazırlığı yüksək səviyyədə həyata keçirilmişdir.Qərb və Şimal Qərb Regionlarında güclü küləklər zamanı SC əməkdaşlarının yüksək səyləri nəticəsində istehlakşıların elektrik enerjisi təchizatında fasilələr yaranmamış,baş verə qəzalar operativ aradan qaldırılmışdır.

 

       Ölkə prezidenti tərəfindən təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına” dair dövlət proqramlarının icrası məqsədi ilə təcili şəkildə istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən 2015- 2016-cı ildə iri miqyaslı layihələr həyata keçirilərək,

 

 69 ƏDƏD YARIMSTANSİYA TİKİLİB VƏ YA ƏSASLI ŞƏKİLDƏ YENİDƏN QURULUB.

 

 “Azərişıq” ASC fəaliyyətə başladığı 2 il müddətində ümumilikdə 16 ədəd 110 kV-luq, 53 ədəd 35 kV-luq yarımstansiya tikilib və əsaslı şəkildə yenidən qurularaq, müasir tipli avadanlıqlarla təchiz olunub. Paralel olaraq 78 ədəd 110 kV-luq, 336 ədəd 35 kV-luq və 7.746 ədəd 10-6 kV-luq transformator məntəqələrinin təmir işləri aparılıb,2.300 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb.

 

 

110/35/10 kV-luq “Buzovna-2” yarımstansiyası

 

 

  Yeni Komplekt Transformator Məntəqələri

 

  

 

 

 110/35/6 kV-luq “Daş Salahlı” yarımstansiyası

 

 

110/10 kV-luq “Rəhimli” yarımstansiyası 

 

 

 36/6 kV-luq “Nizami” yarımstansiyası

 

 

35/10 kV-luq “Daşkəsən” yarımstansiyası

 

 

35/10 kV-luq “Gədəbəy” yarımstansiyası

 

 

35/10 kv-luq “Qəbələ” yarımstansiyası