• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

İlham Əliyev Saatlıda “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib

Paylaşma tarixi: 28 mart 2017


Prezident İlham Əliyev Saatlı rayonunda yeni inşa edilən 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib.

 

Aran RETSİ haqqında ümumi məlumat

 

Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) struktur tərkibinə bu gün ərazisində olduğumuz Saatlı rayonu ilə yanaşı İmişli, Ağcabədi, Beyləqan, Sabirabad,  Zərdab, Ağdam, Füzuli Elektrik Şəbəkələri və Cəbrayıl Elektrik Şəbəkə Sahəsi daxildir. Aran RETSİ-nin xidmət ərazisi 10760 km olmaqla 191773 abonentə xidmət edir. Aran RETSİ üzrə 14 ədəd -110/35/10 kV-luq, 116 ədəd 35/10 kV-luq, 8820 ədəd 10/6/0,4 kV-luq TM və KTM mövcuddur.

 

 

“Azərişıq”ASC yarandıqdan sonra Aran regionunda görülən işlər

 

“Azərişıq”ASC yaranandan sonra elektrik enerjisinə artan təlabatı nəzərə alaraq digər bölgələrdə olduğu kimi burada da ciddi yenidənqurma işləri həyata keçirilib. O qədər də böyük olmayan müddət ərzində region üzrə hər bir rayon şəbəkəsində ümumilikdə 1ədəd 110 kV-luq və 6 ədəd 35 kV-luq yeni yarımstansiyalar tikilib. Bunlar Saatlı rayonunda 110 kV-luq “Sarıcalar”, 35 kV-luq isə İmişli rayonunda yeni inşa olunan “Mərzəli”, Sabirabad rayonunda “Qaratoğay”, Beyləqan rayonunda  “Xalac”, Ağcabədi rayonunda “Qiyaməddinli”, Ağdam rayonunda ”Qaradağlı”, Zərdab rayonunda ”Məlikli” yarımstansiyalarıdır. Bundan əlavə 45 ədəd 35-kV-luq yarımstansiyada təmir bərpa işləri görülüb. Paralel olaraq sözügedən rayonlarda  istismara yararsız, köhnə vəziyyətdə olan Transformatorların yerində yeni 250-dən artıq yeni tip Komplekt Transformator Məntəqələri (KTM) quraşdrılıb. Həmçinin 1050 km 10/6 kV-luq, 250 km 0,4 kV-luq hava xətti, eyni zamanda 3000 km 0/4 kV-luq Özünü Daşıyan Kabellərlə (ÖİN) yeni magistral və abonent xətləri (cəmi 4500 km) çəkilib.    Bununla  bərabər region üzrə 120 mindən artıq yeni elektron və smart tipli sayğac quraşdırılıb, paralel olaraq İmişli, Sabirabad, Saatlı və Ağcabədi elektrik şəbəkələri üçün yeni ofis binaları tikilib.

 

Saatlı rayonu

 

105 min nəfərə yaxın əhalisi olan Saatlı rayonunda 22547 abonent var ki, onlar rayon mərkəzini və 44 kəndi əhatə edir.

Azərişıq ASC ölkə prezidentinin strateji xəttinə dayanaraq yenidənqurma işlərini ölkə iqtisadiyyatının artan nəbzi ilə uyğunlaşdırır və Saatlı rayonunda da sənaye, kənd təsrrüfatı, pambıqçılıq, içməli və suvarma suyunun nasosxanalarını, perspektivdə nəzərdə tutulan infrastruktur layihələrinin elektrik enerjisi ilə təchizatı üçün geniş həcmli işlər görür.  Ümumilikdə Saatlı Elektrik Şəbəkəsinin xidməti ərazisində  2 ədəd 110/35/10 kv-luq, 8 ədəd 35/10 kv-luq, 3 ədəd 35/6 kV-luq , 633 ədəd 10/6/0,4 kV-luq transfarmator məntəqəsi mövcuddur. 

 

 

Saatlı rayonu üzrə görülən işlər

 

Saatlı EŞ-nin xidməti ərazisində 32 ədəd  müasir tipli 10/0.4 kV-luq Komplekt Transformator Məntəqəsi şəbəkəyə qoşulub. Həmin transformator məntəqələrindən 24-ü tam SİP-ləşdirilib və qalan 8 transformator da isə SİP-ləşmə işləri davam etdirilir. Hava xəttində 5215 ədəd istismara yararsız  ağac dayaq dəmir-beton  dayaqla  əvəz edilib. 96,5 km  istismara yararsız naqil və kabel dəyişdirilib. Rayonun 15 kəndində elektrik şəbəkələri yenidən qurulmaqla uçot sistemləri dəyişdrilib. Abonentlərin elektrik enerjisi ilə təhcizatında dayanıqlıq təmin edilib.

Ümumilikdə Saatlı EŞ-nin  qoyuluş gücü 61 MVA-dan 85 MVA qədər artırılıb.

       Saatlıda yeni istifadəyə verilən ofis binası da işin daha uğurlu və səmərəli aparılmasına yönəlik addımlardandır. Burada abonentlərə xidmət işlərinin yüksək səviyyədə təşkili, xidmətin keyfiyyəti üçün münasib şərait yaradılıb. İşçilərin səmərəli fəaliyyəti üçün bütün texniki şərait, iş otaqları, internetlə təmin edilən yeni ofis binası sözsüz ki, işlərin daha çevik aparılmasına və itkiləri aradan qaldırmasına yönəlməklə yanaşı idarəetmə və nəzarətolunma mexanizimini də gücləndirəcək.

 

Saatlı Elektrik Şəbəkəsində görüləcək işlər

 

Saatlı rayonu üzrə elektrik enerjisinin təchizatının yaxşılaşdırılması yönündə də işlər davam etdirilir.  Rayonun 35/10 kV-luq “Saatlı”, 35/6 kV-luq  “Muğan” (əvvəlki adi “Buruq”) yarımstansiyalarında yenidənqurulma işləri başa çatmaq üzrədir. Həmçinin 10/6/0,4 kV-luq şəbəkələrdə də işlər davam etdirilir. Hazırda 18 kənddə yenidənqurma işləri aparılır. Eyni zamanda “Azərişıq” ASC Saatlı rayonunda vətəndaşların elektrik enerjisinin istehlakına dair müraciətlərinə baxılması üçün Səyyar “ASAN” kommunal vasitəsilə və regional strukturlar tərəfindən elektron xidmətlər göstərilir.

 

“Sarıcalar” yarımstansiyası barədə məlumat

 

         Aran regionun tərkib hissəsi olan Saatlıda bu gün açılışı edilən 110/35/10 kV-luq “Sarıcalar” yarımstansiyası rayonun elektrik enetjisi təchizatında xüsusi önəm daşıyır. Qeyd edək ki, 1982-ci ildən istismarda olan açıq paylayıcı quruluşlu 110/35/10 kV-luq “Sarıcalı” yarımstansiyasının  avadanlıqları istismar müddətini başa vurduğundan və texniki parametrlərini itirdiyindən Saatlı rayonunun fasiləsiz, keyfiyyətli və dayanıqlı  elektrik təchizatını təmin edbə bilmirdi.

         Bu səbəbdən də Saatlı rayonunun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də Respublikanın iqtisadi və sosial inkişafı ilə əlaqədar rayonda elektrik enerjisinə artan tələbatın ödənməsi, habelə 110 və 35 kV-luq elektrik şəbəkələrinin bir-biri  ilə əlaqələndirilməsi məqsədi ilə 110 kV-luq “1-ci İmişli” hava xəttindən qidalanan açıq tipli 110/35/6 kV-luq “Sarıcalar” yarımstansiyanın  yerində iki mənbədən “1-ci və 2-ci İmişli” hava xəttindən qidalanan  qapalı tipli 110/35/10 kV-luq 50 MVA gücündə yeni müasir tipli yarımstansiya inşa edilib, 2 ədəd 25 MVA transformator quraşdırılıb. Hazırda yarımstansiyanın ümumi qoyuluş gücü 50 MVA təşkil edir. Qeyd edək ki, bu yarımstansiya ilk növbədə bölgədə mövcud olan güc defisitini aradan qaldırılmasına səbəb olub.

         Köhnə yarımstansiya əvvələr 8 kəndi və 3637 abonenti elektrik enerjisi ilə təchiz etdiyi halda yeni yarımstansiya 15 kəndi, 7222 abonenti, xüsusi ilə ölkə Prezidentinin tapşırığına əsasən qeyri-neft sektorunun - kənd təsərüffatı, sahibkarlıq, sənaye sahələrinin, o cümlədən 16200 ha əkin sahələrinin suvarılması üçün nasos stansiyalarını, rayonda mövcud olan pambıq zavodunu, daş karxanasını, iri ticarət obyektlərini, xəstəxanaları, məktəbləri və yeni infrastruktur layihələr üzrə inşa ediləcək obyektləri  etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin edəcəkdir.

Yarımstansiyanın tikintisi İmişli, Saatlı və Biləsuvar rayonlarının 110 kV-luq  paylayıcı şəbəkələrini  əlaqələndirəcək dairəvi elektrik təchizat sxeminin yaradılmasının ilk mərhələsidir ki, bununlada Cənub Elektrik Stansiyasından, 330/110 kV-luq “İmişli” və 2 ədəd 220 kV-luq “Salyan” və “Masallı” yarımstansiyalarından qidalanan 11 ədəd 110 kV-luq yarımstansiyaların əlaqələndirilməsini  təmin edəcəkdir. Saatlı rayonunda əkilməyən torpaqlarında yeni yaradılacaq iri güclü aqro parkların elektrik enerjisi təminatı yeni yaradılan dairəvi sxemlə mümkün olacaqdır. 

 

         Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatıka sistemləri, eleqaz və vakuum tipli avadanlıqlarla təchiz edilmiş və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulmuşdur.

 

         İşçilərin iş şəraitinin yaxşılaşdırılması üçün yeni yarımstansiyada iş otaqları inşa edilib, hər cür texniki avadanlıqlarla təchiz olunub, havalandırma, soyutma, isitmə sistemləri quraşdırılıb, ətrafı abadlaşdırılaraq yaşıllıq zolaqları salınıb. Aparılan yenidənqurma işləri nəticəsində regionda texniki itkilərin səviyyəsi azaldılıb və yığımda artım baş verib.