• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Daşkəsən Elektrik Şəbəkəsində yenidənqurma işləri davam edir

Paylaşma tarixi: 27 aprel 2017


 

                    Azərbaycan  Respublikasının  Qərb  bölgəsində ,  uca  dağlar  qoynunda ,  sərhəd  zonasında   yerləşən  Daşkəsən  rayonunun   fasiləsiz ,  dayanıqlı  və  keyfiyyətli  elektrik  enerjisi  ilə  təmin  olunmasında  “ Azərişıq “ ASC  “Qərb “ RETSİ –nin  Daşkəsən  Elektrik Şəbəkəsinin  xidmət   ərazisində olan rayon mərkəzi , qəsəbə və kəndlərdə  olan  Elektrik Verilişi Xətlərində və Yarımstansiyalarda  2017- ci  il üçün  nəzərdə  tutulmuş  tikinti – quraşdırma , yenidənqurma , əsaslı və  cari  təmir  işlərinin  bir  qısmi  I  Rüb   ərzində   həm  Şəbəkə , həm  də  podratçı  təşkilatlar  tərəfindən  yerinə  yetirilmişdir . 

 

 

 

                    Rayonun  sərt  iqlim  səraiti  olan   dağlıq  ərazidə  yerləşməsinə ,  sərt  keçən  qış  mövsümü  olmasına  baxmayaraq  3  ay  ərzində  2.0  km  6 kV-luq  və  1.2  km  0.4  kV-luq  Elektrik  Veriliş Xətlərində  təmir - bərpa və  cari  təmir  işləri aparılmış ,  7  ədəd  6 kV-luq , 28  ədəd  0.4  kV- luq  çürümüş , istismara  yararsız  ağac  dayaq  yeni metal boru  dayaqla  dəyişdirilmiş , 1810  m  zədələnərək  yararsız  hala  düşmüş müxtəlif  markalı aluminum naqil yenisi  ilə əvəz edilmişdir .  Bütün istismarda olan xətlərdə qabarit pozulmasının aradan qaldırılması və qarşısının alınması məqsədi  ilə 29 ədəd əyilmiş  dayaqlar  düzəldilmiş , təbbi  fəlakət  zamanı  yıxılmış  12  ədəd      dayaq  yerində  bərpa  olunmuş ,  7 ədəd  sel  tutarında və  sürüşmə  ehtimalı  olan ərazidəki  ağac dayağın  yeri  dəyişdirilmiş  və  2.1  km  hava  xəttində  sallanmış  naqillər  tarımlanmış ,  44  ədəd  sınmış  izolyator  dəyişdirilmişdir

 

           

 

                    İlk üç  ay ərzində 10-6 / 0.4 kV-luq  20 ədəd   y/st-da  profilaktik  təmir işləri aparılmış ,  transformatorlar və  yarımstansiyaların  avadanlıqları  yerində  cari  təmir olunmuşdur . Təmir  zamanı   yarımstansiyalarda  8  ədəd  0.4  kV-luq  ayırıcı quraşdırılmış ,   6  ədəd  yeni  müasir  tipli  6/0.4  kV-luq komplekt transformator məntəqəsi (KTM) şəbəkəyə  qoşulmuş ,   4 ədəd  yeni inşa olunmuş KTM-lərin yaxın  vaxtlarda  şəbəkəyə  qoşulması  planlaşdırılır .  Yeni  KTM-lərin şəbəkəyə  qoşulması  üçün  1 ədəd  6 kV-luq , 13  ədəd  0.4  kV-luq  əlavə  metal  boru  dayaq  basdırılmış ,  0.6  km  yeni  hava  xətti  çəkilmişdir,rayon  ərazisində  olan 1 ədəd  110/35/6  kV-luq   və   4  ədəd   35 /6 -10  kV – luq  yarımstansiyalarda  təftiş və cari  təmir  işləri  aparılmışdır.

 

 

 

                  İnvestisiya  Proqramı  əsasında  rayonun  qaşqın  və  məcburi  köçkünlərin   kompakt  məskunlaşdığı  5  kəndi  elektrik  enerjisi  ilə  təmin  edən  6  kV-luq  Quşçu  EVX –nin  yenidənqurulması  nəzərdə  tutulmuşdur . İl  ərzində  həmin  xəttin  yedənqurulması ,  həmçinin  rayon  mərkəzinin  təmamilə  ÖİN  kabellə  çəkilməsi  planlaşdırılır.  Hazırda  Zağalı  kəndində 0.4  kV-luq  hava  xəttində  əsaslı  təmir  işləri və  kabel  xətlərinin  çəkilməsi  davam  etdirilir .  Bununla  yanaşı  digər  EVX  və  y/st-larda  da  təmir  işlərinin  aparılması  ,  elektrik  enerjisinin  itkisinin  qarşısının  alınması  üçün  tədbirlərin  görülməsi  davam  etdiriləcəkdir 

 

 

 

                    İ Rüb  ərzində istifadə olunan  elektrik enerjisinin uçotunun dəqiqləşdirilməsi üçün  73  ədəd  balans sayğacı  quraşdırılmışdır.Elektrik enerjisindən qanunsuz istifadə  hallarının  qarşısının  alınması məqsədilə  186  abonentin  elektrik   sayğacı  həyətyanı  sahələrdən  kənarlaşdırılmış , 300- ə  qədər  abonentin  köhnə  tipli  sayğacı  yeni  müasir  tipli  elektron  sayğacla   əvəz  olunmuşdur . Sayğacların  həyətyanı  sahələrdən  kənarlaşdırılması və qanunsuz  istifadə  hallarının qarşısının  alınması  üçün  magistral  xətlərin  kabelləşdirilməsi  üçün  üç  ay  ərzində  1570 m  müxtəlif  markalı  kabel  xətti  çəkilmişdir . EEİQ -  nı  pozan  81  abonentə  cərimə  aktı  tərtib  olunmuş ,  143.600  kVt.s  itirilmiş  elektrik  enerjisi  bərpa  olunmuşdur .

 

 

 

                    I  Rüb  ərzində  görülmüş  tədbirlər ,  vaxtaşırı  reydlərin  keçirilməsi  nəticəsində  keçən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  2017 – ci  ilin  I rübü  ərzində  2.535.000  kVt.s  elektrik  enerjisinə  qənaət  edilmiş, istehlak  olunan  elektrik  enerjisinin  dəyərinin  toplanmasında  müsbət  nəticələr  əldə  olunmuşdur .       

 

                    2017 -  ci  ildə nəzərdə  tutulan  işlərin  vaxtında  və  keyfiyyətlə  yerinə  yetirilıməsi  davam edir.