• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC Salyan rayonunda genişmiqyaslı yenidənqurma işləri aparır

Paylaşma tarixi: 01 iyun 2017


    Şirvan RETSİ ərazisinə daxil 2 qəsəbə, 48 kəndi özündə birləşdirən 136 min nəfər əhalisi olan Salyan rayonunda da geniş miqyaslı  yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən son iki ildə 3 ədəd yeni yarımstansiya inşa edilib. Gərginliyi 110/35/10 kV, gücü 2x25 MVA olan  “Qaraqaşlı”, 35/10 kV gərginlikli, gücü 2x5,6 MVA olan “Kərimbəyli” və gücü 2,5 MVA, gərginliyi 35/6 kV olan “Xurşud”  yarımstansiyaları 30 mindən artıq istehlakçının dayanaqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatını tam olaraq təmin edib.

 

    Rayon ərazisində 37 ədəd müxtəlif güclü yeni komplekt transformator məntəqəsi qurlaşdırılıb istismara verilmişdir. 35/10/6 kV-luq 5 ədəd yarımstansiyalarda az güclü transformatorlar daha güclüləri ilə əvəz edilmiş, 0,4 kV-luq şəbəkələrin bərpası məqsədi ilə 94 km özünüdaşıyan izolyasiyalı kabel, 209 km açıq naqil çəkilmiş, 10 kV-luq 66,8 km hava xətti əsaslı təmir olunmuşdur. 32 km yeni 35 kV-luq hava elektrik verilişi xətti tikilib istifadəyə verilərək  Salyan və Sabirabad rayonları arasında dairəvi sxem yaradılmışdır.42,6 km hava elektrik verilişi xətti əsaslı təmir edilmişdir. Aparılan yenidənqurma işləri nəticəsində  Salyan EŞ-nin qoyuluş  gücü 63.7 MVA artırılıb.

 

 

    Hazırda rayonun Xıdırlı, Qaraçala və Kötəl kəndləri, ö cümlədən Ələt qəsəbəsinə yaxın 0,4 kV-luq şəbəkələrin tam yenidən qurulması istiqamətində  2.500-ə yaxın abonenti əhatə edən ərazilərdə yenidənqurma və  bərpa işləri aparılır.