• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Hacıqabul Elektrik Şəbəkəsində yenidənqurma işləri davam edir

Paylaşma tarixi: 06 iyun 2017


    Hacıqabul Elektrik Şəbəkəsinin inzibati ərazisində son iki ildə “Azərişıq” ASC tərəfindən geniş miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. İstehlakçıların fasiləsiz, dayanaqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə 1.200 abonenti olan rayonun Udulu kəndində 35/10 kV-luq yeni “1-ci Udulu” yarımstansiya tikilib, 110/35/10 kV-luq “Qazıməmməd” yarımstansiyasının gücü 2 dəfədən çox artırılaraq 16  MVA olub,36 ədəd yeni komplekt transformator məntəqəsi qurlaşdırılıb.

 

 

  

   10 kV-luq hava xətlərində 754 ədəd dayaq basdırılıb, 50.900 metr naqil çəkilib, 0,4 kV-luq hava xətləri üzrə isə 4.163 ədəd dayaq basdırılmaqla, 73.954 metr özünüdaşıyan izolyasiyalı naqil qurlaşdırılıb.

 

 

   Hal hazırda Hacıqabul rayonunun Nəvai və Pirsaat qəsəbələrində, Udulu, Padar və başqa kəndlərində elektrik hava veriliş xətlərinin yenilənməsi, çəkilməsi, təmiri, bərpası istiqamətində sürətli işlər davam edir.