• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC regionlarda tikinti və yenidənqurma işlərini daha da genişləndirir

Paylaşma tarixi: 14 iyun 2017


      “Azərişıq” ASC yarandığı gündən ölkənin bütün regionlarında istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi, həmçinin istismar müddətini başa vurmuş elektrik şəbəkələrində texniki itkilərin aradan qaldırılması məqsədilə Mərkəzi Aran regionunda da geniş miqyaslı təmir-tikinti və  yenidənqurma  işləri görülür.

 

 

 

 

 

 

      Mingəçevir və Naftalan şəhərləri və Ağdaş, Ağsu, Yevlax, Bərdə, Kürdəmir, Göyçay, Goranboy, Tərtər, Ucar  rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində (RETSİ) 261 min abonentə və bununla da milyondan artıq əhaliyə  xidmət göstərilir.

 

      İyun ayının 13-də isə  “Azərişıq”ASC-nin  Mərkəzi Aran RETSİ-nin yeni  tikilən inzibati  binası  əməkdaşların və istehlakçiların istifadəsinə verildi. İki mərtəbədən ibarət yeni ofis binasında işçilərin səmərəli fəaliyyəti  üçün hər cür şərait yaradılıb. Burada abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Açılış zamanı Azərişıq”ASC-nin sədr müavini Vüqar Əhmədov, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ölkənin enerji təsərrüfatında həyata keçirilən yenidənqurma işlərindən, iqtisadi və sosial sahədə aparılan kompleks tədbirlərdən danışaraq energetikləri təbrik ediblər.

 

      Xatırladaq ki,bundan əvvəl  Ağsu, Ucar, Yevlax, Tərtər və Goranboy rayonlarında müasir standartlara cavab verən yeni ofis binaları istifadəyə verilmişdir.

 

      Mərkəzi Aran RETSİ-nin xidməti ərazisində 9 ədəd 110 kv-luq və 55 ədəd 35 kv-luq yarımstansiyalarda  yenidənqurma işləri aparılıb, Ağsu və Goranboy rayonlarında 110/35/10 kV-luq  yeni yarımstansiya inşa edilib və istismara verilib.Hal hazırda  “Azərişıq” ASC-nin  daxili vəsaiti hesabına daha 2 ədəd yeni yarımstansiya tikilir.

 

      Mərkəzi Aran rayonlarında 556 ədəd yüksək gərginlikli, 45.000  ədəd isə aşağı və orta gərginlikli elektrik dayaqları dəyişdirilib. Paralel olaraq  142 km yüksək gərginlikli,  10-0,4 kV-luq 670  km  hava xətlər tikilmiş, həmçinin 1900  km ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər ) çəkilmişdir.