• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Siyəzən Elektrik Şəbəkəsində yenidənqurma işləri genişlənir

Paylaşma tarixi: 29 iyun 2017


    Rayon mərkəzi, 1 qəsəbə, 37 kəndi özündə birləşdirən, 41 min nəfər əhaliyə xidmət edən Siyəzən Elektrik Şəbəkəsinin inzibati ərazisində  istehlakçıların fasiləsiz, dayanaqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yenidənqurma və əsaslı təmir-tikinti işləri davam etdirilir.  

 

    “Azərişıq” ASC tərəfindən rayon ərazisində 60 ədəd yeni komplekt transformator məntəqəsi qurlaşdırılıb. Rayonun 8 kəndində 0,4 kV-luq şəbəkələr  yenidən qurulub,digərlərində yenidənqurma  işləri sürətlə davam etdirilir.

 

  

    Hazırda  rayon mərkəzində 1 ədəd yeni 35 kV-luq yarımstansiya inşa edilir.Son iki ildə rayon ərazisində  0,4 kV-luq şəbəkənin yenidən qurulması məqsədi ilə 4.510 ədəd dayaq basdırılıb və 93.8 km ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər)  xətti çəkilib. Həmçinin 6-10 kV-luq şəbəkənin mövcud vəziyyətini yaxşılaşdırmaq və yenidənqurma məqsədi ilə 40 km naqil çəkilməklə 1.142 ədəd 10 kV-luq dayaq yenilənib.