• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

”Azərişıq” ASC Ramazan bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək

Paylaşma tarixi: 23 iyun 2017


           Bayram  günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınması məqsədilə  ”Azərişıq” ASC Ramazan bayramı günlərində Cəmiyyətin Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edib.

 

 

 

           "199 saylı çağrı mərkəzi Bakı şəhəri və regionlarda 24 saat abonentlərin xidmətində olacaq. Elektrik şəbəkələrində normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək və müvafiq tədbirlər görüləcək."

 

           Ramazan bayramı münasibətilə bütün istehlakçılarımızı  təbrik edib, oruc və dualarının qəbul olunmasını diləyirik. 

 

BAYRAMINIZ MÜBARƏK,YOLUNUZ İŞIQLI OLSUN!