• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Qobustan rayonunda elektrik təchizatının keyfiyyəti artırılıb

Paylaşma tarixi: 30 avqust 2017


Regonlarda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunması üçün əlverişli şərait yaranıb. “Azərişıq” ASC-nin də bu uğurların təmin olunmasında böyük xidmətləri var. Səhimdar Cəmiyyətin bütün regional şəbəkələrində olduğu kimi Bakı şəhəri və ətraf kənd və qəsəbələrində  2 il 6 ay ərzində xeyli quruculuq işləri həyata keçirilib.

 

 

Bakı Regional Enerji Təchizatı vı Satışı İdarəsinə (Bakı RETSİ) daxil olan Qobustan Elektrik Şəbəkəsində də əhalinin davamlı elektrik enerjisi ilə təchizatı məqsədilə bir sıra layihələr həyata keçirilir. İstifadə müddəti başa çatmış naqillər, dayaqlar yenisi ilə əvəz olunur, müasir standardlara cavab verən avadanlıqlar quraşdırılır. Rayonda  fəaliyyət göstərən 35-10 kilovoltluq yarımstansiyalar təmir olunub, 388 kilometr uzunluğunda 0,4 kilovoltluq hava xətinin 97 kilometrlik hissəsi SİP kabellərlə əvəz olunub. 19 ədəd yeni komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb.

 

 

Yeni transformatorların quraşdırılması, SİB kabellərin çəkilması, yarımstansiyaların yenidən qurulması rayonun elektrik enerjisi ilə təminatında əsaslı dönüş yaradıb. Rayonda elektrik təsərrüfatı demək olar ki, yenilənib. Hazırda 7088 abonentdən 3000-ə yaxını mənzillərində elektrik enerjisi təchizatı SİB-ləşmiş kabellərlə həyata keçirilir. Bundan başqa 82 km kabel yeniləri ilə əvəz olunub. 1619 ədəd istisimar müddətini başa vurmuş ağac dayaqlar yeni metal dayaqlarla əvəz olunub. Rayonun mərkəzi küçələrində də ciddi işlər görülüb. Həyata keçirilən tədbirlər nəticəsində rayon elektrik şəbəkəsinin gücü 4348 kilovatt artıb. Bu həmçinin itkilərin azalmasının nəticəsində əldə edilib. Həmçinin 4048 ədəd yeni sayğac quraşdırılıb və dəyişdirilib. Hazırda İstehlakçıların keyfiyyətli, etibarlı və təhlükəsiz  elektrik enerjisi  təminatı məqsədilə  yenidənqurma və əsaslı təmir-tikinti işləri davam etdirilir.