• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC küləkli hava ilə bağlı qabaqlayıcı və zəruri tədbirlər gördü

Paylaşma tarixi: 30 mart 2018


Hava şəritinin kəskin dəyişilməsini nəzərə alaraq 30-31 mart tarixlərində İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülüb.

 

Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib. Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək  zəruri olan mal-materialların ehtiyatı yaradılıb.

 

Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Fərdi qaydada belə hər hansı problemləri yaranarsa İstehlakçılardan 199 “Çağrı mərkəzi”nə zəng etmələri xahiş olunur.