• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Ağstafanın cəbhəyanı Tatlı kəndində enerji sistemi yenidən qurulur

Paylaşma tarixi: 16 sentyabr 2018


Ağstafa rayonunun cəbhəyanı Tatlı kəndində enerji sistemi yenidən qurulur.

 

Qərb regionunda aparılan yenidənqurma işləri davam etdirilir. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün əsaslı təmir-tikinti işlər həyata keçirilir.

 

“Qərb” Regional Elektrik Təchizatı və Satış İdarəsinə daxil olan Ağstafa elektrik şəbəkəsində cari ildə elektrik enerjisinin ötürülməsində keyfiyyət dəyişikliyinə nail olunub. İstehlakçıların dayanıqlı elektrik enerjisi ilə təminatı üçün 35/6 kilovoltluq (kV) Poylu kəndində “Nasos yarımstansiyası” tamamilə yenidən qurularaq son texnologiyalı avadanlıqlarla təchiz edilib. Ötən üç il ərzində Ağstafa elektrik şəbəkəsinin xidməti ərazisində 36 ədəd 10,6/0,4 kilovoltluq müxtəlif gücdə komplekt transformator məntəqələri (KTM) istifadəyə verilib. 110/35/10 kV-luq “Ağstafa yarımstansiyası” yenidən qurulur. Sərhədyanı Tatlı kəndində elektrik enerjisinin paylanmasında keyfiyyətin artırılması üçün 10 və 0,4 kV-luq şəbəkələr tamamilə yenidən qurulur. Kənddə 7 ədəd müxtəlif güclü müasir tipli KTM-lər quraşdırılıb. 50 ədəd yeni 10 kV dayaqlar basdırılıb, 440 ədəd 0,4 kV SİP dayaq quraşdırılıb. Yeddi kilometr uzunluğunda özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) çəkilib. Hazırda kənddə tamamlama işləri aparılır. Bu ilin 8 ayı ərzində Ağstafa rayonunda 863 abonentə sayğac quraşdırılıb. Onlardan 629 ədədi əhali, 234 ədədi isə qeyri-əhali abonentidir.

 

 

Hazırda Ağstafa rayonunda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar, SİP kabellər, KTM-lər və sair) qurlaşdırılır, sayğaclar dəyişdirilir.