• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə dair "Bakıelektrikşəbəkə" ASC-də keçirilən tədbirdə İdarə Heyətinin Sədri Cənab B.Rzayevin çıxışı

Paylaşma tarixi: 07 yanvar 2015


Hörmətli tədbir iştirakçıları!

Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf ölkə həyatının bütün sahələrində olduğu kimi elektroenergetikanın müasir infrastrukturun yaradılması istiqamətində mühüm naliyyətlərin əldə olunmasına əlverişli şərait yaratmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda təsdiq olunmuş dövlət proqramları çərçivəsində, habelə “Bakıelektrikşəbəkə” ASC üzrə qəbul edilmiş Perspektiv İnkişaf Planına uygun olaraq həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhərinin elektrik şəbəkəsi daha da inkişaf etdirilərək dünya standartlarına uyğun səviyyədə yenidən qurulmaqdadır. Məhz həyata keçirilən uğurlu tədbirlərin nəticəsidir ki, paytaxtın dayanıqlı və fasiləsiz elektrik enerji təchizatı təmin olunmuş, şəbəkədə itkilər minimuma endirilmiş, ötürücü güclər artırılmış, qəza açılmaları aradan qaldırılıb.

 “Bakıelektrikşəbəkə” ASC tərəfindən 2014-cü ildə görülən işlərin ümumi statistikasına gəldikdə isə:

 

-         3 ədəd  110 kV-luq və - 3 ədəd  35 kV-luq olmaqla ədəd yeni yarımstansiya inşa olunub;

-         5 ədəd yarımstansiya əsaslı surətdə yenidən qurulmuş və 134 ədəd yarımstansiyada

cari təmir işləri həyata keçirilib;

-         133 ədəd yeni TM və KTM inşa edilmiş və əsaslı surətdə yenidən qurulub;

-         şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 5980 MVA-ya çatdırılıb;

-         texniki itkilərin səviyyəsi 7,4 %-ə endirilib və şəbəkənin ifrat yüklənməsi

tam halları aradan qaldırılıb;

-         42.4 km 110 kV-luq,  414,09 km 20-35 kV-luq388,5 km 6-10 kV-luq və 332,9 km 0,4 kV-luq kabel xətləri, habelə0,7 km 110 kV-luq, 20,2 km 35 kV-luq, 52,8 km 6-10 kV-luq hava xətləri çəkilib;

-         şəhərətrafı kənd və qəsəbələrdə  563,9 km-dən çox 0,4 kv-luq hava xətləri müasir tipli özünüdaşıyan izolyasiyalı naqillərlə(ÖİN) tamamilə yenidən qurulub və 10391 ədəd dayaq quraşdırılıb;

-         elektrik enerjisi haqları üzrə illik yığımın ümumi səviyyəsi 98%-ə çatdırılıb;

-         işçilərin əmək haqları orta hesabla 608 manat təşkil etmiş;

-         dövlət büdcəsinə olan bütün vergi öhdəlikləri 100% yerinə yetirilmişdir.     

 

Paytaxtda dairəvi təchizat sisteminin yaradılması istiqamətində tədbirlər 2014-cü ildə də davam etdirilmiş, bu sistemin tətbiq olunması nəticəsində paylayıcı və ötürücü şəbəkələrin dayanıqlığı xeyli dərəcədə artmışdır. Bu sistemə daxil olan 110 kV-luq yarımstansiyaların tikintisi İnvestisiya Proqramında prioritet yer tutur ki,  bu da gələcəkdə paytaxtın  elektrik enerjisinə olan tələbatın tam ödənilməsinə zəmanət verəcəkdir.

Xətai rayonu Nobel prospektində «Ağ şəhər» layihəsi çərçivəsində 110/35/6 kV-luq 2x50 mVA gücündə «Ağ şəhər-1» yarımstansiyası, Əhmədli qəsəbəsinin böyük bir hissəsini elektrik enrjisi ilə təmin edən köhnə 110/10/10 kV-luq «Həzi Aslanov» yarımstansiyasının yerində 110/35/10 kV-luq 2x40 mVA gücündə yeni yarımstansiya, Sabunçu rayonu Pirşağı, Ləhiş, Kürdaxanı qəsəbələrinin bir hissəsini elektrik enerjisi ilə təmin edən 35/6 kV-luq 498 saylı yarımstansiyanın əvəzinə 110/35/6 kV-luq 2x40 mVA gücündə «Kürdaxanı» yarımstansiyası inşa edilib istismara verilmişdir.

2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunları ilə bağlı nəzərdə tutulan idman və digər obyektlərin elektrik təchizatının yüksək keyfiyyətli və etibarlı olması üçün iri miqyaslı hazırlıq işlləri aparılmaqdadır.

Belə ki, tikilməkdə olan Olimpiya Stadionunun elektrik təchizatı üçün uzun müddət istismarda olan 35/6 kV-luq 19 və 35 saylı yarımstansiyalar sökülərək yerində qapalı tipli yeni yarımstansiyalar inşa edilmiş, 35/6 kV-luq «Koroğlu» və «Olimpiya Stadionu» yarımstansiyaları  arasında  əlaqənin yaradılması üçün uzunluğu 64,8 km olan  35 kV-luq kabel xətləri çəkilib. Olimpiya Stadionunun elektrik təchizatı bir-birindən asılı olmayan üç müxtəlif 220 kV-luq şəbəkədən qidalanan 110 kV-luq yarımstansiyaların 35 kV-luq şəbəkəsi ilə təmin olunub.

 Hal-hazırda Heydər Əliyev adına İdman və Konsert Kompleksinin daxili elektrik təchizat sxemi  tamamilə yenidən qurulur. Tikilməkdə olan Su İdman Sarayının elektrik təchizatının dayanıqlığının və etibarlığının təmin edilməsi üçün 220/110 kV-luq «Səngəçal» və «Müşfiq» qovşaq yarımstansiyalarının 110 kV-luq yarımstansiyalar arası 35 kV-luq şəbəkəsi ilə əlaqələndirilmişdir.

 

Stend Atıcılığı İdman Kompleksini elektrik təchizatının təmini üçün 35/6 kV-luq 80 saylı yarımstansiya tam yenidən qurularaq istismara verilmişdir. Eyni zamanda bu yarımstansiya şəhərin su və kanalizasiya sistemlərinin, «Avtovağzal» metro stansiyasının elektrik enrjisi ilə təmininin yaxşılaşdırılması  üçün xüsusi əhəmiyyət daşıyır.

 

Payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində paytaxtın bütün inzibati vahidliklərində yerləşən 46 yarımstansiyada, 601 ədəd TM və KTM-də cari təmir işləri görülmüşdür.

Qeyd edilən dövrdə “Bakıelektrikşəbəkə” ASC tərəfindən   əhali və   qeyri-əhali istehlakçılara  71 min ədəd sayğac quraşdırılıb və ya dəyişdirilib ki, onlardan 21 min ədədi SMS tipli müasir sayğaclardır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar olaraq  “Bakıelektrikşəbəkə” ASC tərəfindən neft-qaz, maşınqayırma, metallurgiya və digər sənaye sahələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə təmin olunması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilib.

Elektrik təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azadılmasına dair Fərmanın göstərişlərinin icrası məqsədi ilə  “Bakıelektrikşəbəkə”ASC tərəfindən təxirəsalınmaz təşkilati-texniki tədbirlər görülümüş və göstərilən xidmətlərin proseduru xeyli dərəcədə sadələşdirilərək onların icra müddətləri əhəmiyyətli dərəcədə azaldılmışdır.

Bundan əlavə, elektrik enerjisinə görə yaranmış borcun araşdırılması, istehlakçılara məxsus elektrik avadanlıqlarının elektrik şəbəkəsinə qoşulmasına dair  texniki şərtin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu, elektrik enerjisi haqqının internet vasitəsi ilə ödənilməsi, aşkar edilmiş qüsurla əlaqədar olaraq sayğacın dəyişdirilməsi üçün müraciətin qəbulu, borcun olmamasına dair arayışın verilməsi və  elektrik enerjisi istehlakçısının dəyişdirilməsi online qaydada, habelə “ASAN Xidməti” vasitəsi ilə  həyata keçirilir.

Qarşımızda duran vəzifələrə gəldikdə isə bildirirəm ki, hazırda Bakı şəhəri üzrə həyata keçirilməsinə başlanılmış iri miqyaslı “Ağ şəhər”, Qaradağ rayonunda “Sənaye Parkı”, “Qolf şəhər”, “Bakı Steel Company” yaşayış massivi, Dübəndi-Pirallahı meqalayihələrinin icrası ilə bağlı elektrik enerjisinə olan tələbatın qarşılanması üçün “Bakıelektrkşəbəkə” ASC tərəfindən xüsusi tədbirlər planı hazırlanmış və artıq bu işlərin həyata keçirilməsinə başlanmışdır.

 “Bakıelektrikşəbəkə”-nin son 8 ildə gördüyü işlərin qorununb saxlanması, düzgün istismarı sahəsində islahatların davam etməsinin ən vacib mərhələsindən biri də kadr hazırlığıdır. Gənc mütəxəssislərin hazırlığı “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətinin əsas prioritetlərindən birinə çevrilibdir. Bu məqsədlə biz Tədris Mərkəzi yaratmışıq və Mərkəzdə gənc mütəxəssislərin yetişdirilməsi üçün hər cür zəruri şərait yaradılıb.

Yekun olaraq qeyd etmək istəyirəm ki, əldə olunan bu nailiyyətlər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən energetika sahəsində düzgün strategiyanın müəyyən edilməsi, şəxsi təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış Dövlət Proqramlarının ugurla həyata keçirilməsi,  xüsusən də “Bakıelektrikşəbəkə”ASC-yə göstərdiyi böyük diqqət və qayğı nəticəsində mümkün olmuşdur. Bu qayğıya görə Prezidentimizi bütün tədbir iştirakçıları adından bir daha əmin edirəm ki, həmişə olduğu kimi ölkə energetiklərinin aparıcı qüvvəsi sayılan “Bakıelektrikşəbəkə” ASC-nin əməkdaşları olaraq  bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi  naminə var qüvvəmizlə çalışacağıq.

 Hörmətli tədbir iştirakçıları!

Sizi iki əlamətdar hadisə - Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il munasibəti ilə təbrik edir, gərgin, məsuliyyətli və nur paylamaq kimi şərəfli işinizdə uğurlar, ailə xoşbəxtliyi, uzun ömür və cansağlığı arzulayıram.

 

Diqqətinizə görə sağ olun!

 

 

         Səhmdar Cəmiyyətdə işləyən gənc kadrlar daim rəhbərliyin diqqətindədir.