• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

"Bakıelektrikşəbəkə" ASC ASAN Xidmət mərkəzləri vasitəsilə əhatəsini genişləndirir

Paylaşma tarixi: 26 yanvar 2015


Müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumlarının müəssisə və təşkilatların fəaliyyətləri ilə bağlı informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində ölkəmizdə son illərdə əhəmiyyətli işlər görülməkdədir. Belə ki, əksər müəssisə və təşkilatlarda əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmiş, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ASAN Xidmət”  mərkəzləri yaradılmışdır. Bu qurumun fəaliyyətinin əsas istiqamətləri vətandaşların müraciətlərinə ən qısa vaxt müddətində baxılması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının aradan qaldırılması, müasir texnologiyaların tətbiqi və bütün əməliyyatların “bir pəncərə” prinsipi əsasında formalaşdırılmasıdır.

Fəaliyyətini beynəlxalq standartlara uyğun quran və əsas məqsədi vətəndaşlara nümunəvi xidmət göstərmək olan “Bakıelektrikşəbəkə” ASC tərəfindən şəffaflığın və operativliyin təmin edilməsi üçün “ASAN Xidmət” vasitəsi ilə əhaliyə aşağıdakı xidmətlər göstərilir:

-         məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması;

-         borcun olmamasına dair arayışın verilməsi;

-         elektrik enerjisi istehlakçısının dəyişdirilməsi;

-         borcun araşdırılması.

15 May 2014 cü il tarixdən etibarən Bakı 4 saylı “ASAN Xidmət” mərkəzi vasitəsi ilə “Bakıelektrikşəbəkə” ASC tərəfindən 31 dekabr tarixədək 3221 nəfər vətəndaşa yüksək keyfiyyətli xidmət göstərmişdir. 

 

Müraciət edən vətəndaşlarımızın keyfiyyətli və sürətli xidmətimizdən məmnunluğu, habelə müraciətlərin çoxluğu nəzərə alınaraq göstərilən xidmətin əhatəsini daha da genişləndirmək üçün  9 yanvar 2015-ci il tarixdən etibarən  Bakı 2 saylı “ASAN Xidmət” mərkəzində də fəaliyyət göstərməyə başlamışıq. Yaxın günlərdə Bakı 1 saylı “ASAN Xidmət” mərkəzində də abonentlərimizə xidmət göstərməyə başlanılacaqdır.

Dəyərli abonentlərimiz !

 

“Bakıelektrikşəbəkə” ASC-nin “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə göstərdiyi xidmətlərdən yararlanmaq üçün siz aşağıda göstərilmiş ünvanlara həftəiçi səhər saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə  səhər saat 10:00-dan 17:00-dək müraciət edə bilərsiniz.

1 saylı Bakı "ASAN xidmət" mərkəzi

Ünvan:  Bakı, Akademik Həsən Əliyev küçəsi, 36  

 

2 saylı Bakı "ASAN xidmət" mərkəzi

Ünvan:  Bakı, Nobel prospekti 23, AMAY Ticarət mərkəzinin 2-ci mərtəbəsi

 

4 Saylı Bakı "ASAN xidmət" Mərkəzi

Ünvan:  Bakı, Bakıxanov qəsəbəsi,Sülh küc, 8A